Erhürman dövrü başlayır – Kipr və Türkiyə ekspertləri MÜNASİBƏT BİLDİRDİ

Erhürman dövrü başlayır – Kipr və Türkiyə ekspertləri MÜNASİBƏT BİLDİRDİ
20.10.2025 17:11 Təhlil

Şimali Kipr Türk Respublikasında oktyabrın 19-da keçirilən prezident seçkilərində Tufan Erhürman ölkənin yeni prezidenti olub. 


O, səslərin 62,80 faizini (84 630), müstəqil namizəd Ersin Tatar isə 35,77 (48 208) faizini toplayıb.

Yeni prezident siyasi baxışlarına görə sosial-demokrat xətti təmsil edir. O, Kipr məsələsində iki icmalı federasiya modelini dəstəkləyir və Kipr türklərinin beynəlxalq səviyyədə tanınması üçün diplomatik səylərin artırılmasının vacibliyini vurğulayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tufan Erhürmanı qələbə münasibətilə təbrik edib və Ankaranın Şimali Kiprin suveren hüquq və maraqlarını qorumaqda davam edəcəyini vurğulayıb.


Bundan sonra Kiprdə nə dəyişəcək? 

Kiprli jurnalist Mahmud Doğan TodayPress TV-yə açıqlamasında bildirib ki, Tufan Erhürmanın prezident seçilməsi ilə birlikdə Şimali Kipr Türk Respublikasında yeni siyasi dövr başlanıb:


"Erhürmanın iki icmalı federasiya modelinə verdiyi dəstək açıq şəkildə görünür. O, Kipr məsələsində daha uzlaşmaya meyilli və diplomatik xətt izləyəcək. Lakin medalyonun digər üzünə baxdıqda, uzlaşmaya hazır olmayan və Türkiyə əsgərinin adada qalmasına qarşı çıxan Cənubi Kipr Rum Administrasiyası mövcuddur. Burada ən mühüm məsələ Kipr türklərinin suverenlik hüquqları, statusu və öz taleyini müəyyən etmək iradəsidir ki, bunlar əsla danışıqlar mövzusu ola bilməz.

Federasiya təklifi yalnız o halda qəbul edilə bilər ki, Kipr türkləri bərabərhüquqlu qurucu tərəf kimi tanınsın, siyasi bərabərlik və təhlükəsizlik beynəlxalq zəmanətlərlə qorunsun. Bu məqamda Türkiyənin rolu olduqca vacibdir. Əks halda, bu yanaşma Kipr türk xalqının tarixi müqavimətinə, müstəqillik mübarizəsinə və milli kimliyinə zidd olar".

Jurnalist, həmçinin əlavə edib ki, yeni dövrdə xalqın iradəsi ilə hakimiyyətə gələn liderin beynəlxalq tanınma istiqamətində diplomatik səylərini artırması müsbət addımdır. Lakin bu təşəbbüslər Türkiyə ilə birgə şəkildə həyata keçirilməlidir. Kipr türk xalqı öz gələcəyini müəyyən etmək haqqını keçmişdə olduğu kimi, bu gün də qətiyyətlə müdafiə edir.


Mahmud Doğan bundan sonra Türkiyə–Kipr münasibətlərinin necə inkişaf edəcəyindən də bəhs edib. O bildirib ki, Türkiyə ilə Şimali Kipr Türk Respublikası arasındakı münasibətlər tarixi qardaşlıq bağlarına və ortaq milli dəyərlərə əsaslanır:

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik mesajında qeyd etdiyi kimi, Ankaranın ŞKTR-in suveren hüquqlarını qorumaq əzmi bu münasibətlərin əsas dayağıdır. İki ölkə arasındakı əlaqələr demokratik çərçivədə, qarşılıqlı hörmət, bərabərlik və strateji əməkdaşlıq prinsipləri əsasında inkişaf etməlidir. ŞKTR-in daxili işlərinə qarışmayan, lakin beynəlxalq müstəvidə onu dəstəkləyən Türkiyə Kipr türk xalqının azadlıq mübarizəsinə ən böyük töhfəni verir. Bu baxımdan, Türkiyənin qarant rolu və hərbi mövcudluğu təkcə təhlükəsizlik elementi deyil, həm də Kipr türk xalqının varlığının əsas təminatıdır.

Yeni mərhələdə Türkiyə ilə KKTC arasında iqtisadi, mədəni və müdafiə sahələrində daha dərin əməkdaşlıqlar qurulmalı, bu əməkdaşlıqlar ŞKTR-in öz ayaqları üzərində dayanan, demokratik və suveren bir dövlət kimi güclənməsini təmin etməlidir".

“Kafkassam” analitik mərkəzinin rəhbəri, türkiyəli professor Hasan Oktay da Şimali Kipr Türk Respublikasında keçirilən prezident seçkilərinin nəticələrini şərh edib.


O qeyd edib ki, Şimali Kipr Türk Respublikasının qeyri-müəyyənliyi, davamlı iqtisadi böhran, kütləvi miqrasiya və yığılan problemlərin həlli məsələsində Ersin Tatarın zəif qalması, həmçinin Türkiyənin açıq şəkildə onu dəstəkləməsi Türkiyəyə qarşı reaksiya olaraq xalqın Tufan Erhürmanı seçməsinə səbəb olub.

Hasan Oktayın sözlərinə görə, Türkiyə-Kipr münasibətləri keçmişdə necə idisə, bundan sonra da eyni şəkildə davam edəcək:

"Kiprdə 1983-cü ildən bir sağ, bir solçu prezident seçildiyi nəzərə alınarsa, siyasətdə çox böyük dəyişiklik olmayacağı aydın olur. İki icmalı federasiya modeli mövzusu ciddi şəkildə seçki proqramında yer almışdı, amma nəticədə Tufan Erhürman bu məsələdə Türkiyənin mövqeyini nəzərə almaq məcburiyyətindədir, çünki seçildiyi gün etdiyi açıqlamalarda bunu açıq şəkildə ifadə edib. Erhürmanın ilk xarici səfəri də Türkiyəyə olacaq.

Türkiyənin Kipr siyasətini daha çox seçimli siyasətə çevirməsi Kiprin həm daxili, həm də xarici siyasətində daha balanslı və inam verici xəttin formalaşmasına imkan yaradacaq. Türkiyə ən çətin dövrü Mehmed Ali Talat dövründə ustalıqla idarə edib. Erhürman da bu dövrü nəzərə alaraq, Türkiyə ilə balanslı siyasət aparacaq, Kiprin rifahı və gələcəyi üçün çalışacaq".

Professor əlavə edib ki, Türkiyədə Kipr seçkilərinin Türkiyənin seçkisi kimi qiymətləndirilməsi yanlışlığı ortaya çıxdığı üçün “Üsküdar itirdi, müxalifət qazandı” kimi şərhlər yayımlanır:


"Ədalət və İnkişaf Partiyası Kipr seçkilərini yanlış strategiya ilə idarə edib. Hər gün ən azı 20-25 yüksək səviyyəli rəsmiləri seçki kampaniyası üçün göndərərək Kipr xalqının reaksiyasını çəkib. Hazırda Kiprdə gündəmin “müstəqil dövlət mi, yoxsa federasiya mı?” müzakirəsinə kilidlənməsi yanlış təsəvvürdür. Bunun səbəbi hökumət mediasının mövzunu düzgün anlaya bilməməsi və sadə gündəm istehlakı strategiyası tətbiq etməsidir. Kiprdə bütün evlərdə Türkiyə kanalları izlənildiyi üçün, Türkiyədəki proqramlar və televiziya fəaliyyətləri Kipr xalqını Tufan Erhürmana yönəldib. Seçki strategiyası baxımından Ədalət və İnkişaf Partiyasının bu səhvi Ersin Tatarın seçkini uduzmasına səbəb olub".

Siyasətçinin qənaətincə, Ersin Tatar vəzifə tutduğu müddətdə gözlənilən uğuru göstərə bilmədiyi üçün, onun yerinə Tufan Erhürmana qarşı daha hazırlıqlı və simpatiya doğuran namizəd seçkilərə qatılmalı idi. Professor düşünür ki, növbəti mərhələdə münasibətlər normallaşacaq və Türkiyə daha balanslı, daha çox seçim imkanı verən Kipr siyasəti ilə prosesi idarə edəcək.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Ayağı amputasiya olunmuş idmançı kosmosa uçmağa hazırlaşır 00:22 ABŞ-də 80 min nəfərlik "üzən şəhər" salınır 23:43 İƏT Bəhreyn və Küveytə hücumları pislədi 00:55 "Ferrari" komandası "Formula-1"də rekord müəyyənləşdirdi 00:20 Bu ölkədə isti hava səbəbindən ölənlərin sayı 100-ü keçdi 23:27 Trampdan İrana sərt mesaj: “İki-üç həftəyə hər şeyi məhv edə bilərik” 00:44 Konqoda Ebola yoluxmuş beş məhbus qaçdı 23:46 Azərbaycanın minifutbol millisi Avropa çempionatında finala vəsiqə qazandı 00:00 İran ordusu ABŞ esminesinə hücum etdi - KİV 23:47 Qalibaf: İrana qarşı boş təhdidlər dövrü başa çatıb 23:42 VAZ və "Mitsubishi" toqquşdu: Bir yaralı, bir ölü 23:05 Rusiya səfiri Britaniya XİN-ə çağırıldı 23:09 DÇ-2026: İran millisinin oyunçuları viza aldılar 22:16 "Hizbullah" Bofor qalasındakı İsrail əsgərlərini hədəf aldı 22:56 Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi 21:43 Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli oldu 22:29 Bu ölkə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilmədi 21:34 Rusiya Ermənistan məhsullarını Azərbaycanla əvəz edir? - Putinin xüsusi nümayəndəsi açıqladı 22:17 Elçibəyin Zəngəzur dəhlizi planı niyə baş tutmayıb? – Sabiq köməkçidən tarixi açıqlama 21:02 Amerika nüvə silahları Rusiya sərhədlərinə yaxınlaşa bilər 22:00 Rubiodan "TRIPP" açıqlaması: "Əhəmiyyətli imkanlar yaradacaq" 21:15 Qadın basketbolçularımız Polşanı məğlub edib pley-inə yüksəldi 21:37 Rusiya ordusundan Kramatorska ağır zərbə – Ölənlərin sayı artır 20:57 Cəfər Əsədova yüksək vəzifə verildi 20:17 Trampın Ankaradakı NATO Sammitində iştirakı təsdiqləndi 21:05 Bütün Xəbərlər