Əbu-Dabidən Vaşinqtona: Sülhün müəllifi Azərbaycandır!

Əbu-Dabidən Vaşinqtona: Sülhün müəllifi Azərbaycandır!
08.08.2025 13:51 Təhlil

“Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında keçiriləcək görüş müstəsna əhəmiyyətə malikdir və bu görüşdən müsbət nəticələr gözləmək mümkündür”.

Politoloq İlyas Hüseynov bunu TodayPress TV-yə açıqlamasında deyib. 

O, qeyd edib ki, mövcud geosiyasi reallıqlar fonunda ABŞ Cənubi Qafqaz regionuna xüsusi diqqətlə yanaşır və biz əvvəlki illərdə də Donald Trampın geosiyasi strategiyasında Cənubi Qafqazın mühüm prioritetlərdən biri olduğunu müşahidə etmişik:

“Azərbaycan Prezident İlham Əliyevin Donald Tramp prezident seçildikdən və vəzifəsinin icrasına başladıqdan sonra ünvanladığı məktubda iqtisadi, siyasi, təhlükəsizlik və enerji sahələrində əməkdaşlıqda yeni mərhələnin başlanacağına dair ümid açıq şəkildə hiss olunurdu. Trampın yeni hakimiyyəti dövründə Azərbaycan–ABŞ münasibətlərində dinamika və yanaşma baxımından fərqli çalarlar müşahidə olunur və bu dövr bizim üçün əvvəlki administrasiyadan əhəmiyyətli dərəcədə fərqlənir. Çünki Bayden–Blinken cütlüyünün Cənubi Qafqazda sülhə, təhlükəsizliyə, sabitliyə və dayanıqlı inkişafa ciddi zərbələr vurduğunun şahidiyik.

Hazırkı mərhələdə isə vəziyyət əhəmiyyətli dərəcədə dəyişib. Xatırladım ki, Prezident İlham Əliyevin Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər Donald Trampın sosial media hesabında paylaşılmışdı. Bu, Azərbaycan–ABŞ ikitərəfli siyasi gündəliyini əhatə etməklə yanaşı, həm də Cənubi Qafqazda dayanıqlı inkişafa yönəlmiş mesajlar idi”.

Siyasətçi düşünür ki, Vaşinqtonda keçiriləcək görüş səmərəli nəticələr verəcək. Onun sözlərinə görə, görüşdə Azərbaycan, həm də Ermənistanla ABŞ arasında siyasi gündəliyin əsas istiqamətlərinin müzakirə olunacağı, eyni zamanda hazırda davam edən sülh sazişinin imzalanması ilə bağlı danışıqların intensivləşdirilməsi gözlənilir.

İ.Hüseynov iyulun 10-da baş tutan Əbu-Dabi görüşünü xatırladıb:

“Bu istiqamətdə indiyədək baş tutmuş ən mühüm danışıqlardan biri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən və olduqca konstruktiv atmosferdə yadda qalan görüş olub. İndi isə Vaşinqtondakı görüşü ali səviyyəli və nəticəyönlü danışıqlar mərhələsi kimi qiymətləndirmək olar. Çünki bu dəfə Zəngəzur dəhlizinin gələcəyi ilə bağlı məsələlərin də masa üzərinə qoyulacağı gözlənilir.

Ümid edirik ki, milli maraqlarımız kontekstində bütün məsələlər öz həllini tapacaq. Azərbaycan yeni geosiyasi reallıqlar fonunda bu danışıqlarda sülhün təşəbbüskarı və müəllifi qismində çıxış edir. Bizim üçün bu görüşü substantiv nəticələr doğuracaq strateji mərhələ kimi dəyərləndirmək olduqca vacibdir”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan Amerika Birləşmiş Ştatlarında (ABŞ) rəsmi səfərdədirlər. Bakı vaxtı ilə 22:30-da rəsmi görüşlər başlayacaq. 

Qiymət Mahir

FOTOLAR

Əbu-Dabidən Vaşinqtona: Sülhün müəllifi Azərbaycandır! — 1
XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 Bütün Xəbərlər