"Bu, Rusiyanın yeganə çıxış yoludur!" - Tofiq Zülfüqarov AÇIQLADI

"Bu, Rusiyanın yeganə çıxış yoludur!" - Tofiq Zülfüqarov AÇIQLADI
06.08.2025 13:37 Təhlil

"ABŞ Prezidenti Donald Trampın Rusiyanı sülhə məcbur etmək strategiyası məntiqli və zəruridir".

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bunu TodayPress TV-yə danışarkən deyib. 

Onun sözlərinə görə, Rusiyanın son illərdə yürütdüyü xarici siyasət ölkəni təkcə beynəlxalq arenada təcrid vəziyyətinə salmayıb, həm də daxili siyasi böhranla üz-üzə qoyub:

"Rusiya-Ukrayna müharibəsi əslində daha geniş geosiyasi qarşıdurmanın, Rusiya ilə Qərb arasında toqquşmanın nəticəsidir.

Trampın Rusiya və Ukrayna arasında atəşkəsə dair irəli sürdüyü təklif realist və rasional yanaşmadır. Çünki hazırkı mərhələdə münaqişənin hərbi yolla həlli mümkünsüz görünür və tərəflərin masa arxasında əyləşməsi yeganə çıxış yoludur. Tramp hesab edir ki, Rusiya əvvəlcədən heç bir şərt irəli sürmədən atəşkəsə razı olmalı və daha sonra danışıqlar prosesində maraqlarını ifadə etməlidir. Hazırkı durumda ABŞ liderinin bu təklifi olduqca məntiqlidir. Rusiyanın buna müsbət cavab verməsi isə ölkənin öz maraqlarına da uyğun olar". 

Sabiq nazirin qənaətincə, Rusiyada hazırkı siyasi elita atəşkəsin daxildə doğuracağı narazılıq və suallar səbəbilə bu addımı atmaqdan çəkinir. Bu cür narazılıq dalğaları isə Rusiya daxilində siyasi elitaya qarşı ciddi təzyiqlərin yaranmasına səbəb ola bilər. 

"Rusiyanın hakim dairələri anlayır ki, atəşkəs bərqərar olsa və rəsmi Moskva masa arxasına əyləşsə, o zaman əhali ayağa qalxacaq və "Bəs müharibə nəyə görə idi?", - sualını verəcək. Çünki müharibədə “qələbə” əldə etmədiyi halda atəşkəsə getmək Rusiya rəhbərliyini daxili legitimlik baxımından çətin vəziyyətə sala bilər. Kreml bu səbəbdən atəşkəsə qarşı müqavimət göstərir. Halbuki bu, Rusiyanın yeganə rasional çıxış yoludur". 

Diplomat bildirib ki, Rusiyanın bu cəhdlərinə baxmayaraq, Trampın təzyiqləri ilə müsbət nəticə əldə oluna bilər:  

“Ümid edək ki, Ağ Ev rəhbərinin təşəbbüsləri Rusiyanı reallığı qəbul etməyə vadar edəcək. Əks halda, indiki siyasi kurs ölkəni daha dərin böhrana sürükləyəcək”, - deyə o, fikirlərini yekunlaşdırıb.

Xatırladaq ki, Donald Tramp Ukrayna ilə razılaşma əldə etmək üçün Rusiya lideri Vladimir Putinə 10 gün vaxt verib. 

Ultimatumun son günü rəsmən avqustun 8-də başa çatacaq.  

Töhfə Səməd

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər