"Böyük qardaş" prinsipi bitdi..." — Kreml üçün ZƏRBƏ

"Böyük qardaş" prinsipi bitdi..." — Kreml üçün ZƏRBƏ
12.09.2025 17:21 Təhlil

Ermənistan Prezidenti Vaaqn Xaçatryan RTVI-yə xüsusi müsahibə verib.

TodayPress TV xəbər verir ki, o, müsahibədə Rusiyanın Ermənistan hakimiyyətinin müstəqil qərarlarını nəzərə almalı olduğunu ifadə edib.

"Rusiyanın Ermənistana münasibəti artıq böyük-kiçik qardaş prinsipi ilə deyil, sadəcə tərəfdaşlıq çərçivəsindədir. Son dörd ildə bizim də nail olmaq istədiyimiz məhz bu idi”.

Məlumdur ki, Ermənistan illərlə Rusiyanın sözü ilə hərəkət edib, onun təsir dairəsində olub. İndi Kremlin onun müstəqil qərarlarına hörmətlə yanaşması nə dərəcədə inandırıcıdır? Bu məqamda Ermənistan Rusiyaya necə güvənə bilər?

"Ermənistanın Qərbə yönəlməsi qarşısıalınmazdır"

Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi məsələlər üzrə analitik Aqşin Kərimov bildirib ki, Ermənistan Rusiyanın orbitindən sürətlə uzaqlaşaraq Qərbin geosiyasi oriyentasiyasına daxil olmaq üçün böyük səylər göstərir. 


“Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə qarşıdurmanı gücləndirə biləcək məqamları inkişaf etdirir. Halbuki nəzərə alınmalıdır ki, Rusiya-Ukrayna müharibəsi fonunda Paşinyan Kremlə yardım edib. Bu yardım əsasən Rusiyanın sanksiyalardan yayınması üçün Ermənistan bazarlarından istifadəsi ilə özünü göstərib”, - deyə A.Kərimov bildirib. 

Analitikin qənaətincə, Rusiya-Ermənistan gizli sövdələşməsinə baxmayaraq, İrəvanın geosiyasi kursunu dəyişməsi və xarici siyasətini Rusiyanın təsir dairəsindən çıxarıb Qərbə yönəltməsi qarşısıalınmaz proses kimi görünür. Ekspert hesab edir ki, Azərbaycan Ermənistanın Qərbə yönəlik kursunda təhdid elementlərini sıradan çıxarmaq üçün dərin strategiya izləyir:

"Ermənistanın Qərblə təmasları son bir ilə qədər Azərbaycana qarşı hesablanmış strategiya kimi dəyərləndirilə bilərdi. İndi rəsmi Bakının səyləri və diplomatik təşəbbüsləri nəticəsində bu məsələ öz həllini tapmağa doğru gedərək Azərbaycanın maraqları ilə uyğunlaşdırılır. Azərbaycan üçün Ermənistanın nə Qərb, nə də Rusiya oriyentasiyasında olması sərfəlidir. Nəzərə alaq ki, Azərbaycan Ermənistanın daxili vəziyyətində və onun xarici siyasət prioritetlərində təsir imkanları əldə edib və bu imkanlarla Ermənistana istiqamət verən yeni kurs formalaşdırır. Bu, böyük strategiyadır və Ermənistanı xarici qüvvələrin təsirindən azad edə biləcək prioritetləri özündə cəmləyir". 


"Ermənistan Azərbaycanın strategiyasını elan edir"

A.Kərimov Ermənistandakı parlament seçkiləri yaxınlaşdıqca Rusiyanın təsir dairələrinin yenidən aktivləşməsi və ölkə daxilində kəşfiyyat əməliyyatlarını gücləndirməsi ehtimalını istisna etməyib:

"Azərbaycan da bu məqamı diqqətdə saxlayır. Ermənistandan Rusiyaya yönləndirilən son mesajlar, əslində, Azərbaycanın yaratdığı reallıqların nəticəsi olaraq ortaya çıxır və bu reallıqlar Ermənistanın ictimai-siyasi müstəvisində və xarici siyasətində diqqət çəkir.

Başqa sözlə, Ermənistan əslində Azərbaycanın həyata keçirdiyi strategiyanı Rusiyaya qarşı elan etmiş olur. Çünki Ermənistanın qarşısında bir vəzifə dayanır. Xarici qüvvələrin hərbi bazalarını ölkədən çıxarmaq. Bu məsələdə hərbi fəaliyyətlə məşğul olduğuna görə Avropa İttifaqı missiyası ilə bərabər Rusiyanın 102-ci hərbi bazası da xüsusi diqqət mərkəzindədir. Azərbaycan isə Ermənistandan həmin bazanın çıxarılmasını da tələb edir. Bu isə Ermənistanla Rusiya arasında geosiyasi gərginliklər yarada biləcək amildir".


Ekspert sonda əlavə edib ki, Azərbaycan prosesi tənzimləmək üçün strategiya hazırlayıb və bu strategiyanın tətbiqi ilə geosiyasi səhnədə yeni təzahürlərin şahidi ola bilərik.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 Bütün Xəbərlər