"Bir pəncərə": Quru sərhədlərin açılmasında yeni təklif

"Bir pəncərə": Quru sərhədlərin açılmasında yeni təklif
23.10.2025 12:17 Təhlil

2020-ci ildən bəri Azərbaycanın quru sərhədləri bağlı qalır. 

Pandemiya ilə əsaslandırılan bu qərar indi təhlükəsizlik prioriteti kimi davam edir. 

Baş nazir Əli Əsədovun qərarı ilə, xüsusi karantin rejimi gələn ilin yanvarınadək uzadılıb.

Gürcüstan tərəfi Bakı–Tiflis qatarlarının bərpasını və “bir pəncərə” sərhəd-keçid məntəqələrinin yaradılmasını təklif etsə də, rəsmi Bakı bu təşəbbüslərə hələlik reaksiya verməyib.

Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili bildirib ki, bu layihə prosedurların sadələşdirilməsini və infrastrukturun modernləşdirilməsini nəzərdə tutur. 

O, Azərbaycan, Türkiyə və Ermənistanla sərhədlərə qədər yolların tamamlanmasının, eləcə də Orta Dəhlizin inkişafı üçün regional əməkdaşlığın vacibliyini vurğulayıb.

Beləliklə, sərhədlərin açılması istiqamətində Gürcüstanın fəallığına baxmayaraq, Bakı hələlik səssiz qalır.

Azərbaycan “Bir pəncərə” sərhəd-keçid məntəqəsini qəbul etməlidirmi və bu məsələ gözlənilən nəticəni verə bilərmi? 

Sözügedən mövzunu TodayPress TV-yə şərh edən politoloq Əli Zülfüqaroğlu bildirib ki, Zəngəzur dəhlizinin açılması regionda yeni münasibətlər sisteminin formalaşması ilə birlikdə Orta Dəhliz ticari, iqtisadi və siyasi baxımdan tamamilə yeni vəziyyət yaradır:

"Bu, gömrük və sərhəd nəzarəti baxımından da mühüm əhəmiyyət kəsb edir. Ermənistanla münasibətlərimizin xarakteri məlumdur. Təhlükəsizliyin təmin edilməsi üçün asanlaşdırılmış bir rejimə keçmək məqsədilə yüksək texnoloji nailiyyətlərdən istifadə etmək vacibdir. Bu baxımdan, Orta Dəhliz həm işləkliliyi artırmaq, həm sürətli, faydalı və effektiv bir mexanizm formalaşdırmaq üçün sərhəd keçid məntəqələrinin rəqəmsal asanlaşdırılmasını və yükdaşımaların sadələşdirilməsini nəzərdə tutur. Nəticədə isə Cənubi Qafqazda Avropa İttifaqına bənzər bir model tətbiq edilə bilər".

Ekspert qeyd edib ki, bu, bütün region ölkələri üçün faydalı ola bilər:

"Qafqazda vahid iqtisadi-ticarət məkanının yaradılması və dəhlizlərin açılması bütün ölkələrin faydalana biləcəyi imkanlar yarada bilər. Azərbaycanın sərhədlərinin bağlı qalmasının əsas səbəblərindən biri təhlükəsizlikdir. İran və Rusiya arasında yaranan geosiyasi vəziyyət normallaşdıqca, Azərbaycan da quru sərhədlərini açacaq. Gürcüstanda çox sayda soydaşımız yaşayır. Orta Dəhlizin bir qolu Bakı–Tiflis–Qars yolu ilə Türkiyəyə gedir. Ermənistanı da bu sistemə daxil etməklə, Cənubi Qafqazda “asanlaşdırılmış pəncərə” yaradıla bilər ki, bu da üç ölkənin maraqlarına xidmət edər. Bu sistem həm malların dövriyyəsini asanlaşdırar, həm ortaq maraqlara xidmət edər, həm də ölkələr arasında yaxınlığı gücləndirər. Yəqin ki, təhlükəsizlik təhdidləri aradan qalxdıqdan sonra sərhəd-keçid məntəqələrinin açılması həyata keçiriləcək".

Jalə Rövşən 

TodayPress TV

FOTOLAR

"Bir pəncərə": Quru sərhədlərin açılmasında yeni təklif — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bütün Xəbərlər