Azərbaycan Qəzzada sülhməramlı missiyada: Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə

Azərbaycan Qəzzada sülhməramlı missiyada: Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə
17.10.2025 14:28 Təhlil

Qəzza zolağında beynəlxalq sabitlik qüvvələrinin yaradılması planlaşdırılır. 

“Politico” nəşri yazıb ki, qüvvələrə qoşulmaq üçün əsas namizəd ölkələr Azərbaycan, İndoneziya və Pakistandır. Nəşr bu barədə məlumatı ABŞ Müdafiə Nazirliyinin rəsmisinə və keçmiş yüksək səviyyəli müdafiə rəsmisinə istinadən yayıb.

Qeyd olunur ki, hazırda bu qüvvənin tərkibi ilə bağlı danışıqlar davam edir və hələ heç bir ölkə rəsmi öhdəlik götürməyib. ABŞ rəsmisi bildirib ki, məhz bu üç ölkə prosesdə iştirak etməkdə ən çox maraq göstərib.

Əgər BMT Qəzzada beynəlxalq sabitlik qüvvələrinin yaradılmasına razılıq versə, Azərbaycanın bu missiyada iştirakı regiondakı siyasi balans və imicinə necə təsir göstərə bilər?

Qəzza kimi həssas bölgədə mümkün sülhməramlı missiyada Azərbaycan ordusunun iştirakı ölkənin Yaxın Şərqdə diplomatik nüfuzunu gücləndirərmi, yoxsa risklərini artırarmı?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Abutalıb Səmədov bildirib ki, hələ sırada həll olunmalı digər məsələlər var:

"Qəzzada sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi yaxın dövrlərin məsələsi deyil. Bundan əvvəl həll olunmalı daha vacib məsələlər var. Məlumdur ki, HƏMAS ilə Trampın təqdim etdiyi plan arasında müəyyən fikir ayrılıqları var. İlk növbədə, bunlar həll olunmalıdır. Yalnız bundan sonra bölgəyə sülhməramlı qüvvələrin göndərilməsi məsələsi qaldırıla bilər".

Ekspert qeyd edib ki, bu proses digər sülhməramlılıq missiyalarımızdan tamamilə fərqlidir:

"Mən hesab edirəm ki, adıçəkilən 3 ölkədən başqa digər ölkələrin də sülhməramlı qüvvələrinin iştirakı mümkündür. Azərbaycanın oradakı yeri, əlbəttə, tamamilə fərqlidir. Çünki Azərbaycan həm İsrail, həm də Fələstinlə neytrallığını qoruyan və tərəf tutmayan bir ölkə kimi çıxış edir. Bu missiya Azərbaycanın bölgədə nüfuzunun artmasına şübhəsiz ki, xidmət edəcək. Baxmayaraq ki, Azərbaycan bir sıra sülhməramlı missiyalarda iştirak edib, ancaq bu tamam başqa məsələdir. Bu, uzun illər davam edən, çoxlu insan qırğını ilə nəticələnən bir münaqişənin aradan qaldırılmasına xidmət edən bir plandır".

Analitikin sözlərinə görə, missiya Azərbaycan-ABŞ münasibətlərinə təsirsiz ötüşməyəcək:

"ABŞ Prezidenti buna çox böyük əhəmiyyət verir. Dolayısı ilə, burada Azərbaycanın iştirakı ilk növbədə Azərbaycan–ABŞ əlaqələrinə öz müsbət təsirini göstərəcək. Digər tərəfdən, HƏMAS hələ qəbul etməsə də, Qəzzanın idarəsinə Trampın da qoşulması istisna edilmir. Hər halda planda belə nəzərdə tutulub ki, Qəzzanı Böyük Britaniyanın keçmiş Baş nazirinin rəhbərlik etdiyi komanda idarə edəcək. Ümumi rəhbərlik isə Trampın əlində olacaq. Hələlik bu plan təbii olaraq HƏMAS tərəfindən qəbul olunmayıb. Onlar komandanın Fələstin və islam ölkələri nümayəndələrindən ibarət olmasını istəyirlər".

Ekspert əlavə edib ki, belə missiyaların geosiyasi təsiri az olsa da, burada vəziyyət fərqlidir:

"Bu cür sülhməramlı missiyalarda iştirak bölgədəki vəziyyətə elə ciddi təsir göstərə bilməz. Bu cür proseslər tez-tez olur. Bu bölgədə nə siyasi balansı dəyişir, nə də missiya iştirakçılarının nüfuzuna kəskin təsir göstərir. Çox vaxt heç bilinmir ki, hansı ölkə sülhməramlı missiyada iştirak edir.

Ancaq bu plan, dediyim kimi, tamamilə fərqlidir. Ona dünyada verilən dəyər də tamam başqadır. Nəzərə alsaq ki, planı irəli sürən ABŞ Prezidentidir, onun imzalanmasında həlledici rol oynayan dörd dövlətdən biri Türkiyədir və digər dövlərlərin də Azərbaycanla çox yaxşı əlaqələri var, demək olar ki, bu missiyada iştirak Azərbaycanın həmin ölkələrlə münasibətlərinin yaxşılaşmasına və bölgədə nüfuzunun artmasına təsir göstərə bilər".

Jalə Rövşən 

TodayPress TV

FOTOLAR

Azərbaycan Qəzzada sülhməramlı missiyada: Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər