“Vest Hem” məşqçini dəyişmək istəmir

“Vest Hem” məşqçini dəyişmək istəmir
06.05.2026 09:55

Nunu Eşpiritu Santu rəhbərlik etdiyi “Vest Hem Yunayted” klubundan ayrılmaya bilər - hətta komanda İngiltərə Premyer Liqasından düşsə belə.

TodayPress TV xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Nunu ötən ilin sentyabr ayında London təmsilçisinin baş məşqçisi təyin olunub. O, bu posta Qrem Potteri əvəz edərək gəlib və bundan cəmi 18 gün əvvəl “Nottinqem Forest” klubundan ayrılmışdı.

Portuqaliyalı mütəxəssis təyin olunarkən “Vest Hem” turnir cədvəlində 19-cu yerdə idi. Yanvar ayına qədər komanda sabit nəticələr göstərmədiyindən onun istefası ilə bağlı şayiələr yayılmışdı.

Qış transferlərindən sonra komandanın oyunu müəyyən qədər stabilləşib və klub təhlükəli zonadan çıxmağı bacarıb. Lakin “Tottenhem Hotspur” klubunun ardıcıl iki qələbəsindən sonra “çəkicdöyənlər” yenidən sonuncu pilləyə geriləyib.

Buna baxmayaraq, mövsümün nəticəsindən asılı olmayaraq klub rəhbərliyi Nununun işindən razıdır və onun komandada qalmasını istəyir.

Məlumata görə, “Vest Hem” yay transfer pəncərəsində də məşqçiyə dəstək verməyi planlaşdırır. Lakin Nunu hələ ki, komandanı Çempionshipdə çalışdırmağa hazır olub-olmadığını təsdiqləməyib.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 Dünya çempionluğu Keyni “Qızıl top”a yaxınlaşdıra bilər 13:35 Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi 13:25 "Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 “Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Prezident Avropadakı ən dost ölkəni təbrik etdi 11:40 Все новости