Daha iki güləşçimiz finala yüksəldi

Daha iki güləşçimiz finala yüksəldi
14.06.2025 21:55 İdman

Azərbaycanın daha iki güləşçisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatında finala yüksəlib.

TodayPress TV xəbər verir ki, altıncı yarış günündə sərbəst güləş üzrə 45, 51, 60, 71 və 92 kq-da mübarizəyə start verilib.

Yarışa 1/4 finaldan qoşulan Ömər Usubov (45 kq) ukraynalı Daniil Lutsikə 3:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Ömər finalın bir addımlığında rusiyalı Umar Rabadanova 5:12 hesabıyla məğlub olub. Usubov sabah bürünc medal uğrunda ermənistanlı Aren Piruzyanla güləşəcək.

Ramal Mirhüseynov (51 kq) yunanıstanlı Mixail Kokologiannisə tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/4 finalda rusiyalı Axmed Naibarova 3:5 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Ramal sabah təsəlliverici görüşdə türkiyəli Buğra Kavakla qarşılaşacaq.

Həsən Həsənov (60 kq) makedoniyalı Mariyo Ananiyevə tam üstünlüklə (11:0), ermənistanlı Razmik Voskanyana isə 3:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Həsən yarımfinalda rusiyalı Abdulla Delekovdan güclü olub – 4:0. Həsənov sabah finalda ukraynalı Zorab Aloyevlə güləşəcək.

İsa Yusibov (71 kq) belaruslu Artyom Bolsuna “tuş”la qalib gəlsə də, 1/4 finalda türkiyəli Ömər Gülə uduzub – 4:9.

Səid Paşayev (92 kq) slovakiyalı Patrik Urbanekə tam üstünlüklə (10:0), rumıniyalı Maqor Lorinçə isə 4:2 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Səid yarımfinalda ukraynalı David Lutskova heç bir şans tanımayıb – 1

XƏBƏR LENTİ
03 IYUN 2026
"Hizbullah" Bofor qalasındakı İsrail əsgərlərini hədəf aldı 22:56 Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi 21:43 Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli oldu 22:29 Bu ölkə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilmədi 21:34 Rusiya Ermənistan məhsullarını Azərbaycanla əvəz edir? - Putinin xüsusi nümayəndəsi açıqladı 22:17 Elçibəyin Zəngəzur dəhlizi planı niyə baş tutmayıb? – Sabiq köməkçidən tarixi açıqlama 21:02 Amerika nüvə silahları Rusiya sərhədlərinə yaxınlaşa bilər 22:00 Rubiodan "TRIPP" açıqlaması: "Əhəmiyyətli imkanlar yaradacaq" 21:15 Qadın basketbolçularımız Polşanı məğlub edib pley-inə yüksəldi 21:37 Rusiya ordusundan Kramatorska ağır zərbə – Ölənlərin sayı artır 20:57 Cəfər Əsədova yüksək vəzifə verildi 20:17 Trampın Ankaradakı NATO Sammitində iştirakı təsdiqləndi 21:05 Rubio: "BMT-nin fəaliyyəti yaradılma məqsədlərinə uyğun gəlmir" 20:59 Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat etdi 20:19 "Mən Kolumbiya bayrağını Trampa təhvil verməmişəm" - Petro 20:44 ABŞ-də güclü zəlzələ oldu 20:26 Azərbaycanın Bəhreyndə yeni səfiri fəaliyyətə başladı 19:59 Avtomobil satışı adı altında dələduzluq edən şəxs saxlanıldı 20:11 İran Küveyt və Bəhreynə hücumlarına bəraət qazandırdı: “Bu, özünümüdafiə idi” 20:11 Azərbaycan millisi Dünya Kubokunda növbəti qələbəsini qazandı 19:48 Sosial media fenomeninin istirahəti faciə ilə nəticələndi - VİDEO 19:53 Zelenski təsdiqlədi: NATO sammitində iştirak edəcək 19:35 “Qarabağ”dan qovulan Elvinə Avropadan təklif: Onu rəqib məşqçi istəyir! 19:23 "Biz bu müharibədə qərəzsiz vasitəçi deyilik" - Rubio etiraf etdi 18:53 ABŞ Livan və İsrail arasında təhlükəsizlik planının təsdiqini gözləyir 18:48 Bütün Xəbərlər