Alvares transfer bazarının əsas hədəfinə çevrilib

Alvares transfer bazarının əsas hədəfinə çevrilib
13.05.2026 10:33

Arsenal”da PSJ ilə birlikdə Xulian Alvares uğrunda mübarizəyə qoşulub.

TodayPress TV xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Bildirilir ki, hər iki klub yay transfer pəncərəsində “Atletiko Madrid”in argentinalı hücumçusunu heyətinə qatmaq imkanını nəzərdən keçirir.

Daha əvvəl PSJ 26 yaşlı forvard üçün 150 milyon avrodan çox ödəməyə hazır olduğunu bildirib. Paris təmsilçisi portuqaliyalı hücumçu Qonsalu Ramuş ilə yolları ayıraraq əldə olunacaq vəsaiti Alvaresin transferinə yönəltmək niyyətindədir. Klubun yaxın vaxtlarda ilk rəsmi təklifini təqdim edəcəyi gözlənilir.

“Arsenal” isə parislilərin marağından xəbər tutduqdan sonra transfer uğrunda yarışa qoşulub. London təmsilçisi Alvaresi hücum xəttini gücləndirmək üçün əsas namizədlərdən biri hesab edir və keçidi reallaşdırmaq üçün çalışmalara başlamağa hazırlaşır.

Bununla yanaşı, “Atletiko Madrid” argentinalı futbolçunu buraxmaq istəmir. Daha əvvəl “Barselona” da oyunçunu transfer etməyə cəhd göstərsə də, Kataloniya təmsilçisinin təklifi rədd olunub.

Qeyd edək ki, Xulian Alvaresin “hindular”la müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalında futbolçunun dəyəri 90 milyon avro qiymətləndirilir.

Alvares cari mövsüm La Liqada keçirdiyi 29 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
“Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 Dünya çempionluğu Keyni “Qızıl top”a yaxınlaşdıra bilər 13:35 Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi 13:25 "Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 “Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Prezident Avropadakı ən dost ölkəni təbrik etdi 11:40 “Real Madrid” müdafiəsini ulduz transferlə gücləndirir 11:47 Qızıl ixracında REKORD: 4 ayda 1 milyard dollar... 11:36 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Все новости