Bu əmək haqları artırılır - İDDİA

Bu əmək haqları artırılır - İDDİA
14.05.2026 11:06 Sosial

Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı gözləntilər güclənib. 

TodayPress TV xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov “Əmək Məcəlləsi”nə edilən dəyişikliklərə əsasən minimum əməkhaqqının məbləğinə ildə ən azı bir dəfə baxılacağını bildirib. 


Onun sözlərinə görə, bu dəyişiklik minimum əməkhaqqının artırılmasında dövriliyin təmin olunması və prosesin qanunla tənzimlənməsi baxımından mühüm əhəmiyyət daşıyır:

"Minimum əməkhaqqının artırılması yalnız aşağı maaş alan vətəndaşlara deyil, vahid tarif cədvəli üzrə bütün pillələrə təsir göstərir. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif və vəzifə maaşları minimum əməkhaqqındakı artıma uyğun şəkildə bir ay ərzində yenidən artırılır. Bu kateqoriyaya sosial sahə, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal təsərrüfatı, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan, dövlət qulluqçusu statusu olmayan işçilər daxildir".

Deputat vurğulayıb ki, hazırda vahid tarif cədvəlində əməkhaqları 19 dərəcə üzrə müəyyənləşdirilir. 

"Ən aşağı maaş 400 manat, ən yüksək maaş isə 1150 manat təşkil edir. Minimum əməkhaqqının mütəmadi artırılması praktik olaraq bütün dərəcələr üzrə maaş artımına səbəb olacaq. Minimum əməkhaqqının növbəti dəfə artırılması təxminən 700 min vətəndaşın gəlirlərinə müsbət təsir göstərə bilər. Artımın vaxtına gəlincə isə, “Əmək Məcəlləsi”nə dəyişikliklər Prezident tərəfindən 23 fevral 2026-cı ildə təsdiqlənib. Bu isə o deməkdir ki, həmin tarixdən etibarən bir il ərzində minimum əməkhaqqına ən azı bir dəfə yenidən baxılmalı və artım həyata keçirilməlidir".

Parlamentari əlavə edib ki, bəzi illərdə minimum əməkhaqqında bir neçə dəfə artım da mümkündür. Onun fikrincə, növbəti artımdan sonra proses daha da mütəmadi xarakter alacaq, çünki qanunvericilik minimum əməkhaqqına hər il ən azı bir dəfə baxılmasını tələb edir.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Все новости