Azərbaycanın ornitoloji turizm imkanları Birləşmiş Krallıqda təqdim olundu

Azərbaycanın ornitoloji turizm imkanları Birləşmiş Krallıqda təqdim olundu
14.07.2025 10:55 Sosial

Azərbaycanın ornitoloji turizm imkanları Birləşmiş Krallığın Rutland şəhərində keçirilən "Global Bird Fair” beynəlxalq quş müşahidəsi turizmi sərgisində təqdim olunub.

Bu barədə Dövlət Turizm Agentliyindən TodayPress TV-yə verilən məlumata görə, dörd gün davam edən sərgidə ziyarətçilərə Azərbaycanın ekoloji müxtəlifliyi, quş növləri, qorunan əraziləri, milli parkları və ekosistemlərinin həssas balansını qorumaq üçün görülən mühafizə tədbirləri barədə məlumat verilib.

Tədbir çərçivəsində, həmçinin bu sahədə fəaliyyət göstərən turoperatorlar, təşkilatlar və beynəlxalq ekspertlərlə əməkdaşlıq imkanları müzakirə edilib.

“Global Bird Fair” quş müşahidəsi turizmini təşviq edən və bu sahədə qlobal məlumatlılıqla əməkdaşlığı gücləndirməyə yönəlmiş illik beynəlxalq tədbirdir.

Sərgi 62 ölkə və 287 beynəlxalq şirkət nümayəndələrini bir araya gətirir.

Qeyd edək ki, Dövlət Turizm Agentliyi və tabeliyindəki Azərbaycan Turizm Bürosu beynəlxalq mütəxəssislər və Azərbaycan Ornitoloji Cəmiyyəti ilə sıx əməkdaşlıq çərçivəsində ekoturizmin əsas istiqamətlərindən biri kimi ornitoloji turizmin təşviqi üçün müxtəlif təşəbbüslər həyata keçirir.

Bu təşəbbüslərə ixtisaslaşmış broşürlərin hazırlanması, beynəlxalq turoperatorlar, ornitoloji turizm ekpertləri üçün tanıtım səfərləri və təbiət turizmi bələdçiləri ilə sənaye nümayəndələri üçün təlim sessiyalarının təşkili daxildir.

FOTOLAR

Azərbaycanın ornitoloji turizm imkanları Birləşmiş Krallıqda təqdim olundu — 1
Azərbaycanın ornitoloji turizm imkanları Birləşmiş Krallıqda təqdim olundu — 2
Azərbaycanın ornitoloji turizm imkanları Birləşmiş Krallıqda təqdim olundu — 3
Azərbaycanın ornitoloji turizm imkanları Birləşmiş Krallıqda təqdim olundu — 4
Azərbaycanın ornitoloji turizm imkanları Birləşmiş Krallıqda təqdim olundu — 5
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər