Artrit və osteoporozun müalicəsində yeni kəşf

Artrit və osteoporozun müalicəsində yeni kəşf
16.05.2026 06:00 Sosial

Alimlər artrit, işemiya və osteoporoz kimi xəstəliklərin müalicəsində tətbiq edilməsi mümkün olan kurkuliqozid A maddəsinin laboratoriya şəraitində süni alınma üsulunu hazırlayıblar.

TodayPress TV xəbər verir ki, Rusiya Təhsil və Elm Nazirliyi bu yeniliklə bağlı TASS agentliyinə açıqlama verib.

Məlumata əsasən, həmin birləşmənin təbii mənbəyi sayılan "Curculigo orchis" bitkisi yox olma təhlükəsi ilə üz-üzədir. Bu səbəbdən onun təbii üsulla sənaye həcmində əldə edilməsi qeyri-mümkün idi.

Tomsk Politexnik Universitetinin (TPU) mütəxəssisləri İsveçdən olan həmkarları ilə əməkdaşlıq çərçivəsində kurkuliqozid A-nın ilk süni sintez üsulunutapıblar. Bu innovativ texnologiya təbii ehtiyatların emalı ilə müqayisədə daha yüksək səmərəliliyə malikdir və növbəti tibbi-bioloji tədqiqatlara geniş imkanlar açır.

Sözügedən maddə hüceyrə ölümünü ləngitmək, iltihabi prosesləri və oksidləşdirici stresi dayandırmaq qabiliyyəti ilə fərqlənir. Tədqiqat qrupu bu maddəni beş mərhələdən ibarət sintez vasitəsilə 90 faizlik səmərə ilə əldə etməyi bacarıb. Hazırlanmış yeni texnologiya həm həmin maddənin, həm də onun törəmələrinin stabil istehsalına və klinik sınaqlara cəlb olunmasına zəmin yaradır.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Все новости