Neftin bahalaşması Azərbaycana ildə nə qədər əlavə ixrac gəliri gətirir?

Neftin bahalaşması Azərbaycana ildə nə qədər əlavə ixrac gəliri gətirir?
11.07.2025 14:27 Sənaye və energetika

Dünya bazarında neft qiymətlərinin artması və "qara qızıl”ın hər bareli üçün əlavə dollar Azərbaycana ildə təxminən 350 milyon ABŞ dolları ixrac gəliri gətirir.

TodayPress TV xəbər verir ki, bu barədə Niderlandın ən böyük bank qrupu olan “ING Group”un icmalında deyilir.

"Bizim qiymətləndirməyə əsasən, neftin bareli üçün əlavə hər bir ABŞ dolları Azərbaycana yanacaq ixracından illik 350 milyon ABŞ dolları, Qazaxıstana isə təxminən 570 milyon ABŞ dolları gəlir gətirir", - bank ekspertləri qeyd edirlər.

ING-də həmçinin Azərbaycanın ticarət balansı profisitinin azalması göstərilir: 2025-ci ilin mayında başa çatan 12 ay ərzində bu, 2024-cü ildəki 5,5 milyard ABŞ dolları və 2023-cü ildəki 16,6 milyard ABŞ dolları ilə müqayisədə 2,7 milyard ABŞ dolları təşkil edib.

Buna baxmayaraq, analitiklər hesab edirlər ki, azalma kapital axınının artması ilə kompensasiya edilə bilər.

“Moody's” reytinq agentliyi son zamanlarda, “Fitch”dən sonra, Azərbaycana fiskal göstəricilərin yaxşılaşmasını və xarici ehtiyatların artımını qeyd edərək müsbət proqnozla “Baa3” investisiya reytinqi verib. İnvestorlar tərəfindən əlavə maraq həmçinin Ermənistanla münasibətlərin normallaşması prosesinin davam etməsi ilə bağlı ola bilər", - ING vurğulayıb.

Daha əvvəl qrup bildirmişdi ki, neftin orta illik qiymətində hər bir dollar Azərbaycan üçün təxminən ildə 300 milyon ABŞ dolları ixrac gəlirini və 150 milyon ABŞ dolları büdcə daxilolmalarını təmin edir.

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər