Dəmirli mis mədənində hasilata başlanıldı

Dəmirli mis mədənində hasilata başlanıldı
21.07.2025 11:14 Sənaye və energetika

Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Anglo Asian Mining Plc.” (AAM) şirkəti Qarabağdakı Dəmirli yatağında mis hasilatına başlayıb

TodayPress TV bu barədə mədən şirkətinə istinadən xəbər verir.

Bu, şirkətin cari ildə istismara verdiyi ikinci yeni mədən olmaqla, onun çoxşaxəli və orta səviyyəli mis istehsalçısına çevrilmək strategiyasını dəstəkləyir.

Şirkətin proqnozuna görə, 2025-ci ildə Dəmirlidə 4 min ton mis konsentratı hasil olunacaq, 2026-cı ildən etibarən isə bu rəqəm illik 15 min tona qədər artacaq.

Mənbəyə əsasən, Dəmirli açıq üsulla istismar edilən böyük mədən olub, filiz flotasiya zavoduna daşınır. Layihə üzrə ətraf mühit və sosial təsir qiymətləndirməsi (ESIA) başa çatdırılıb, yeni tullantı anbarı üçün texniki layihələr hazırlanıb.

Mədən və emal sahəsində 150-dək yeni işçi işə götürülüb, əlavə 50 nəfər isə digər mədənlərdən köçürülüb. Anglo Asian, həmçinin yaxın ərazidə yeni mis ehtiyatlarının araşdırılmasını planlaşdırır.

Şirkətin baş icraçı direktoru Rza Vəzirov bildirib ki, Dəmirlidə hasilatın bu qədər qısa müddətdə başlaması böyük uğurdur və bu mədən Qarabağ iqtisadi rayonunun bərpasına töhfə verəcək.

Qeyd edək ki, Anglo Asian Mining Azərbaycanda qızıl, mis və gümüş hasilatı ilə məşğuldur və 2030-cu ilə qədər illik 50-55 min ton mis hasilatına nail olmağı hədəfləyir. Şirkət bu strategiya çərçivəsində 2025-ci ilin mayında Gilar mədənini də istismara verib.

XƏBƏR LENTİ
31 MAY 2026
Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Bütün Xəbərlər