Vaksinasiya xidmətlərinin gücləndirilməsi məqsədilə təlimlər keçirildi

Vaksinasiya xidmətlərinin gücləndirilməsi məqsədilə təlimlər keçirildi
04.07.2025 11:46 Sağlamlıq

Səhiyyə Nazirliyi, TƏBİB və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə vaksinasiya xidmətlərinin gücləndirilməsi məqsədilə bütün immunizasiya üzrə menecerlər üçün təlimlər keçirilib.

TodayPress TV xəbər verir ki, bu təşəbbüs çərçivəsində ölkənin müxtəlif bölgələrindən 200-ə yaxın immunizasiya üzrə menecer təlimə cəlb olunub.

Məlumata əsasən, təlimlər aprelin 17-dən Bərdə rayonunda başlayıb, daha sonra Bakıda davam etdirilən altı mərhələdən ibarət olan ikigünlük sessiyalarda İlkin Səhiyyə Xidmətləri üzrə rəhbərlər və Gigiyena və Epidemiologiya Mərkəzlərinin nümayəndələri iştirak edib. Təlim kursunun əsas məqsədi uşaqların immunizasiyası üzrə yenilənmiş təlimatın gündəlik praktikaya tam inteqrasiyasını təmin etmək olub.

İştirakçılar peyvəndin əhəmiyyəti, ictimai tərəddüdlərə elmi sübutlara əsasən effektiv cavab verilməsi, vaksinlərin təhlükəsiz şəkildə tətbiqi və saxlanılması, eləcə də hesabatlılıq kimi mövzularda həm nəzəri, həm də praktiki biliklər əldə edib. Təlimlər gecikmiş peyvənd cədvəli, peyvəndləmə əhatəsi faizinin hesablanması kimi real praktik nümunələr üzrə qrup işləri və yerli kontekstə uyğun müzakirələrlə zənginləşdirilib.

ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı təlimlərin əhəmiyyətini xüsusi vurğulayıb:

"İnanıram ki, əldə etdiyiniz biliklər sizə immunizasiya xidmətlərinin keyfiyyətli idarə edilməsində yardımçı olacaq və ailələrlə daha effektiv ünsiyyət qurmaqla peyvənd əhatəsini genişləndirə biləcəksiniz”.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Xəstəliklərə Nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova da immunizasiyanın ictimai sağlamlığın təməli olduğunu qeyd edib:

"Bu kimi təlimlər və birgə əməkdaşlıq ümumi səhiyyə strategiyamızın tərkib hissəsi olan immunizasiya proqramımızı gücləndirir. Uşaqların immunizasiyası üzrə yeni təlimat səhiyyə müəssisələrinə fəaliyyətini yenilənmiş və beynəlxalq tövsiyələrə uyğun qaydalara əsasən təşkil etməsinə dəstək olacaq".

TƏBİB-in İlkin Səhiyyə Xidməti Departamentinin rəhbəri Rəşad Çobanlı bildirib ki, bu təlimlər səhiyyə işçilərinin bilik və bacarıqlarını artırmaqla TƏBİB-in əsas prioritetlərindən biri olan əhalinin keyfiyyətli və əlçatan vaksinasiya xidmətləri ilə əhatə olunmasına xidmət edir:

"Ümid edirəm ki, peşəkar kadr potensialı və təkmilləşdirilmiş idarəetmə mexanizmləri əsasında daha məqsədyönlü və effektiv tədbirlər həyata keçirə biləcəyik. Nəticə etibarilə, peyvəndlə əhatə dairəsinin daha da genişləndirilməsinə nail olacağıq".

Təlimlərdən sonra iştirakçıların əldə etdikləri bilik və bacarıqların gündəlik praktikaya tətbiqini izləmək məqsədilə monitorinqlərin keçirilməsi də planlaşdırılıb.

FOTOLAR

Vaksinasiya xidmətlərinin gücləndirilməsi məqsədilə təlimlər keçirildi — 1
Vaksinasiya xidmətlərinin gücləndirilməsi məqsədilə təlimlər keçirildi — 2
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər