Ürək və damar üçün faydalı qidalar açıqlandı
Kaliumla zəngin qidaların ürək və damar sağlamlığı üçün əhəmiyyətli olduğu bildirilir.
TodayPress TV xəbər verir ki, xüsusilə banan, bolqar bibəri, pomidor, üzüm, quru meyvələr və bəzi qoz-fındıqlar ürək əzələlərinin düzgün işləməsinə və aritmiyanın qarşısının alınmasına kömək edir.
Doymamış yağ turşuları ilə zəngin qoz-fındıqların antioksidant təsiri olduğu və qan laxtalanmasının azalmasına dolayısı ilə dəstək verdiyi vurğulanır.
Həkimlər qeyd edirlər ki, universal “ideal pəhriz” və ya “superfood” anlayışı mövcud deyil; pəhrizlər məqsədə uyğun olaraq müalicəvi və profilaktik növlərə bölünür. Məqsədə görə bəzi məhsullar faydalı və ya məhdudlaşdırılmalı ola bilər. Bu baxımdan, maya tərkibli qidaların azaltılması ürək-damar xəstəliklərinin qarşısının alınmasına dolaylı şəkildə müsbət təsir göstərə bilər.
Türkan İsgəndərli