“Ozempik” xərçənglə mübarizədə yeni ümid yaradır

“Ozempik” xərçənglə mübarizədə yeni ümid yaradır
12.11.2025 19:00 Sağlamlıq

Kaliforniya Universitetinin (San Dieqo) alimləri müəyyən ediblər ki, arıqlama üçün istifadə olunan GLP-1 reseptor agonistləri – xüsusilə "Ozempik" tipli preparatlar yoğun bağırsaq xərçəngi xəstələrində ölüm riskini əhəmiyyətli dərəcədə azaldır.

TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri "Cancer Investigation" jurnalında dərc olunub.

Alimlər 6,8 mindən çox pasiyentin tibbi tarixini təhlil ediblər və onların xərçəng müalicəsi dövründə hansı dərmanlardan istifadə etdiklərini izləyiblər.

Beş illik müşahidə nəticəsində məlum olub ki, GLP-1 preparatları qəbul edən xəstələrdə ölüm göstəricisi 15,5 faiz, bu dərmanları qəbul etməyən nəzarət qrupunda isə 37,1 faiz təşkil edib. Effekt yaş, bədən kütlə indeksi və xəstəliyin ağırlıq dərəcəsi nəzərə alındıqdan sonra belə qalmaqda davam edib — bu isə dərmanların müstəqil qoruyucu təsirinə işarə edir.

Ən güclü nəticə piylənmədən əziyyət çəkən xəstələrdə müşahidə olunub. Tədqiqatçılar hesab edirlər ki, bu preparatlar iltihabi və maddələr mübadiləsi pozuntularını kompensasiya etməklə xərçəngin gedişatını yüngülləşdirə bilər.

Alimlərin fikrincə, GLP-1 agonistləri yalnız qanda şəkəri və bədən çəkisini tənzimləmir, həm də iltihabı azaldır, insulinə həssaslığı artırır və bəlkə də birbaşa şiş hüceyrələrinin artımını ləngidir. Bununla belə, mütəxəssislər bu nəticələrin daha geniş klinik sınaqlarla təsdiqlənməsinin vacibliyini vurğulayıblar.

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Все новости