Kliniki Tibbi Mərkəzdə daha bir ölümcül xəstə sağaldı

Kliniki Tibbi Mərkəzdə daha bir ölümcül xəstə sağaldı
29.12.2025 09:55 Sağlamlıq

14.12.2025-ci il tarixində 1990-cı il təvəllüdlü pasiyent ağır, huşsuz vəziyyətdə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul edilib.

TodayPress TV xəbər verir ki, xəstə ilkin aşkarlanmış şəkərli diabet koma diaqnozu ilə Reanimasiya şöbəsinə yerləşdirilib.

17.12.2025-ci il tarixində vəziyyətində nisbi stabilləşmə müşahidə olunduqdan sonra müalicəsinin davamı üçün Terapiya şöbəsinə köçürülüb. Aparılan klinik, laborator və instrumental müayinələr nəticəsində xəstəyə 2-ci tip şəkərli diabet, diabetik neyropatiya, diabetik periferik angiopatiya, xroniki böyrək xəstəliyi, nefritik sindrom, torakal KT müayinəsinə əsasən sağtərəfli pnevmoniya diaqnozları qoyulub.

Terapiya şöbəsinin həkim-terapevti Könül Bənənyarskaya və rezident Fidan İbrahimova tərəfindən aparılan kompleks müalicə tədbirləri nəticəsində xəstənin ümumi vəziyyətində müsbət dinamika müşahidə olunub. Xəstə ambulator müalicənin davam etdirilməsi tövsiyəsi ilə evə buraxılıb.

Anamnestik məlumatlara əsasən, xəstənin 2019-cu ildən kastleman (nadir rast gəlinən limfa sistemi xəstəliyidir) xəstəliyindən əziyyət çəkdiyi, 2022-ci ildə isə splenektomiya əməliyyatı keçirdiyi müəyyən edilib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Все новости