Əzələ kütləsi qazandıran məşq
Qədim Çin mənşəli "Tai Chi" məşqləri artıq çəki və stresslə mübarizədə effektiv vasitə ola bilər.
TodayPress TV xəbər verir ki, bu barədə “Men Today” jurnalı məlumat yayıb.
Araşdırmaya əsasən, yavaş və az təsirli hərəkətlərdən ibarət olan "Tai Chi", qısa müddətdə bel çevrəsini azaltmaq və əzələ kütləsini artırmaq baxımından faydalı nəticələr verir.
Tədqiqatda iştirak edən şəxslər orta hesabla 3,38 sm (1,3 düym) bel çevrəsi itiriblər, təxminən 0,87 kq (1,5 funt) əzələ kütləsi qazanıblar.
Bundan əlavə, "Tai Chi" məşqləri stressi azaldır və ağciyərlərin fəaliyyətini gücləndirir.
Mütəxəssislər bu məşqlərin hər yaşda insan üçün uyğun olduğunu və ümumi sağlamlıq üçün müsbət təsirə malik olduğunu bildirirlər.
Türkan İsgəndərli