Ali Məhkəmə saxta pul işi üzrə qərar verdi

Ali Məhkəmə saxta pul işi üzrə qərar verdi
01.07.2025 16:20 Hadisə

Ali Məhkəmə dövriyyəyə saxta pul buraxılması ilə bağlı qərar verib.

TodayPress TV xəbər verir ki, qərar baxılan cinayət işi əsasında qəbul olunub.

İşin hallarına görə, vətəndaş Bərdə şəhərində yerləşən evində beş ədəd 100 Azərbaycan manatı nominallı pul əskinasının təsviri olan, lakin üzərində “Etibarsızdır” yazısı olan, fiziki-kimyəvi, texnoloji və poliqrafik mühafizə vasitələri ilə təchiz olunmamış, Mərkəzi Bank tərəfindən tədavülə buraxılmış eyni nominallı pul əskinası ilə eynilik təşkil etməyən saxta pul hazırlayıb. O, “Etibarsızdır” yazısını mətbəx bıçağı ilə pozaraq, həmin saxta pulları satış məqsədilə hazırlayıb və sonradan İmişli rayonunda yerləşən “Mal bazarı”nda bu pulları satıcıya verərək, ondan 500 manat dəyərində iki baş quzu alıb.

Ona qarşı Cinayət Məcəlləsinin 204.1-ci maddəsi (Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) ilə ittiham irəli sürülüb.

Aşağı instansiya məhkəmələri tərəfindən təqsirləndirilən şəxsin əməli dələduzluq kimi qiymətləndirilib, lakin zərər çəkmiş şəxsə vurulmuş zərərin 500 manatdan çox olmaması səbəbilə, Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən əməlində dələduzluq cinayət tərkibinin olmamasına görə ona bəraət verilib.

Sonra dövlət ittihamçısı kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edərək, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş edib.

Ali Məhkəmənin mövqeyinə görə, birinci instansiya məhkəməsi şəxsin əməlində saxta pul hazırlamaqla bağlı cinayət tərkibinin olmaması qənaətinə gəlib və bu, işin faktiki hallarına uyğun olmayan səhv qərardır. Apellyasiya instansiya məhkəməsi isə qanunsuz olaraq birinci instansiya məhkəməsinin bu mövqeyini əsaslı sayıb. İşin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə şahidin ifadəsinin alınması və ona veriləcək suallar əsasında ziddiyyətli məqamların aydınlaşdırılması üçün məhkəməyə dəvət edilməsi barədə apellyasiya məhkəməsində vəsatətlər verilsə də, bu vəsatətlər təmin olunmayıb və müvafiq hal araşdırılmayıb.

Məhkəmə kollegiyası qeyd edib ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə bəraət verilməsi ilə bağlı yekun nəticəyə gələrkən, ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara düzgün istinad etməyib.

Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edib ki, şəxsin bıçaqla 5 əskinas üzərində “etibarsızdır” yazısını silməsi iş materialları ilə sübut olunub. Ali Məhkəmənin Plenum Qərarında da qeyd edildiyi kimi, saxta pul yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, bu pul aşkar şəkildə əslindən fərqlənsin.

Aparılmış ekspert rəyində təqdim olunan pul əskinaslarının həqiqi əskinaslardan açıq-aşkar fərqləndiyi göstərilməyib və bu məsələnin ekspert tərəfindən deyil, məhkəmə tərəfindən hüquqi məsələ kimi həll edilməli olduğu vurğulanıb.

Cinayət işinin materiallarından və aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış hallardan göründüyü kimi, təqsirləndirilən şəxsin saxta pul hazırlamaq niyyəti məhz məhdud şəxsləri aldatmaq məqsədi daşımayıb. Belə ki, o, bu əməllə ümumi satış niyyəti güdüb və qəsdini istənilən şəxsə yönəldə biləcəyi ehtimalı istisna olunmur. Yəni, işin hallarından şəxsin qəsdinin konkret olaraq məhdud şəxslər dairəsinə yönəlməsi müəyyən edilməyib. Bu cəhətlər isə aşağı instansiya məhkəmələri tərəfindən düzgün hüquqi qiymətləndirilməyib.

Məhkəmə kollegiyası hesab edib ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması, iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq araşdırılmalı, sübutlar arasında olan ziddiyyətlər aradan qaldırılmalı, zərurət yarandıqda əlavə sübutlar da toplanmalı və bütün sübutlar mənsubiyyət, mötəbərlik və mümkünlük baxımından qiymətləndirilməklə iş üzrə qanuni və ədalətli qərar qəbul olunmalıdır.

Qeyd olunanlara əsasən, Ali Məhkəmənin Cinayət Kollegiyası kassasiya protestini təmin edib. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilib və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına qaytarılıb.

XƏBƏR LENTİ
03 IYUN 2026
Rubio: "BMT-nin fəaliyyəti yaradılma məqsədlərinə uyğun gəlmir" 20:59 Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat etdi 20:19 "Mən Kolumbiya bayrağını Trampa təhvil verməmişəm" - Petro 20:44 ABŞ-də güclü zəlzələ oldu 20:26 Azərbaycanın Bəhreyndə yeni səfiri fəaliyyətə başladı 19:59 Avtomobil satışı adı altında dələduzluq edən şəxs saxlanıldı 20:11 İran Küveyt və Bəhreynə hücumlarına bəraət qazandırdı: “Bu, özünümüdafiə idi” 20:11 Azərbaycan millisi Dünya Kubokunda növbəti qələbəsini qazandı 19:48 Sosial media fenomeninin istirahəti faciə ilə nəticələndi - VİDEO 19:53 Zelenski təsdiqlədi: NATO sammitində iştirak edəcək 19:35 “Qarabağ”dan qovulan Elvinə Avropadan təklif: Onu rəqib məşqçi istəyir! 19:23 "Biz bu müharibədə qərəzsiz vasitəçi deyilik" - Rubio etiraf etdi 18:53 ABŞ Livan və İsrail arasında təhlükəsizlik planının təsdiqini gözləyir 18:48 Küveyt İranın iki diplomatını ölkədən QOVDU 18:34 "Ermənistan seçim etməlidir" - Moskva İrəvanın qərarını gözləyir 18:26 Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclası keçiriləcək 18:07 Avropanın nəhəngləri Vlahoviç uğrunda yarışa qoşuldu 17:47 Bəzi ərazilərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 17:44 Gizlətmək mümkün olmadı: Küveyt hərbi bazasındakı dəhşətli dağıntı təsdiqləndi 17:39 Körfəzdə raket yağışı: 13 ballistik raket və 17 PUA 17:33 Tom Barak: Türkiyədən Yaxın Şərqə Uzanan Bir Güc Mərkəzi 17:25 Roma Papası İlham Əliyevi təbrik etdi 16:55 Tovuz təmsilçisinin avrokubok ümidləri davam edir 16:48 Ermənilərin qənimi, Bakı kriminalının unudulmuş əfsanəsi: Qoçu Tərlan - Zaur Əliyev yazır... 16:44 Hindistanlılar onları qətlə yetirən Hindistana qarşı: Bakı qırğın törədənlərdən cavab tələb edir 16:27 Bütün Xəbərlər