Zəlzələni yaşamadan ona davamlı strukturlar qurmaq lazımdır
“Kahramanmaraşdakı zəlzələ bizə çox acı bir təcrübə yaşatdı. Amma bu təcrübə bizə nə etməli olduğumuzu çox əhəmiyyətli bir şəkildə xatırlatdı”.
TodayPress TV xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun çərçivəsində keçirilən "Yerli həllərin miqyasının artırılması: Siyasət, idarəetmə və maliyyələşmə yolları" adlı paneldə çıxış edən Türkiyə Böyük Millət Məclisinin İctimai İşlər, Yenidənqurma, Nəqliyyat və Turizm Komitəsinin sədri Adil Karaismailoğlu deyib.
Komitə sədri qeyd edib ki, zəlzələ baş verməyən bölgələrdə belə böyük bir dönüşüm hərəkəti var:
“Hazırda zəlzələ olmayan bölgələrdə belə çox böyük bir dönüşüm hərəkəti var və davamlı strukturlar qurmaq üçün çox böyük bir səy göstəririk”.
Adil Karaismailoğlu əlavə edib ki, zəlzələlərə davamlı strukturların qurulması həm bələdiyyələrin, həm də mərkəzi hökumətlərin əlindədir:
“Zəlzələləri yaşamadan, zəlzələlərə davamlı strukturlar qurmaq təbii ki, bələdiyyələrin və xüsusilə mərkəzi hökumətlərin əlindədir. Bu, çox əhəmiyyətli mövzudur”.
Qiymət Mahir