Vətəndaş cəmiyyəti, biznes və akademiyalar faktiki iştirakçı sayında liderdirlər

Vətəndaş cəmiyyəti, biznes və akademiyalar faktiki iştirakçı sayında liderdirlər
18.05.2026 10:06

"Qeyd etmək lazımdır ki, WUF13-də indiyə qədər olan rəsmi qeydiyyat nömrələrinə – həm onlayn müraciətlərə, həm də hazırkı faktiki iştirakçı sayına nəzər salsaq, vətəndaş cəmiyyəti, biznes və akademiya dairələri həm aktiv iştirak, həm də qeydiyyatdan keçmə baxımından reallıqda ən öndə gedən sahələr arasındadırlar”.

TodayPress TV xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Assambleyaların Birgə Bağlanışı" (Joint Closing of Assemblies) adlı iclasda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva deyib.

Komitə rəsmisi builki forumda biznes sektoruna yaradılan dialoq imkanlarına toxunub:

“WUF13 sessiyası startapları bir araya gətirən "Biznes İnnovasiya Mərkəzi" (Business Innovation Hub) vasitəsilə sahibkarlar üçün yeni dialoq imkanları və müxtəlif platformalar təqdim edib. Eyni zamanda, sərgi pavilyonumuzda (Expo pavilion) vətəndaş cəmiyyəti üçün xüsusi ayrılmış stendlər və guşələr mövcuddur. Hətta bir pavilyonda birdən çox vətəndaş cəmiyyəti təşkilatı təmsil olunur”.

Çıxışının sonunda həm yerli, həm də xarici nümayəndələri fəal əməkdaşlığa çağıran Gülşən Rzayeva fikirlərini bu sözlərlə tamamlayıb:

“Bütün həmkarlarımızı və dostlarımızı bu guşələri ziyarət etməyə səsləyirəm. Ora gələrək görülən işlərlə yaxından tanış ola, sərgidən zövq ala və ən əsası, gələcək layihələriniz üçün tərəfdaşlarınızı tapa bilərsiniz.”.

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Все новости