Fransa səfiri: Aztəminatlı ailələrin mənzil şəraiti yaxşılaşdırılmalıdır

Fransa səfiri: Aztəminatlı ailələrin mənzil şəraiti yaxşılaşdırılmalıdır
17.05.2026 17:26

“Sosial və ekoloji problemləri uzlaşdırmaq üçün aztəminatlı ailələrin mövcud mənzillərini təmir edə və daha dayanıqlı formaya sala bilmələri üçün onlara texniki və maliyyə dəstəyi göstərilməlidir”.

TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan "Ətraf mühit baxımından davamlı və dözümlü şəhər inkişafı üçün mənzil təminatı" adlı paneldə Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sofi Laqutt deyib.

Fransa rəsmisi çıxışında torpaq mülkiyyəti ilə tikinti mülkiyyətinin bir-birindən ayrılması modelinin əhəmiyyətinə diqqət çəkib:

“Bu ayrılma mülkiyyət sahibi olmağı daha da asanlaşdırır; proses binanın üzərində ucaldılacağı torpaq sahəsinin dövlət qurumundan çox uzunmüddətli icazə ilə kirayələnməsindən ibarətdir. Bu, torpaq xərclərini azaltmağa və beləliklə də, mənzillərin maya dəyərini aşağı salmağa imkan verir, eyni zamanda daha yüksək tikinti keyfiyyətinə investisiya qoyuluşunu təmin edir”.

Tikinti sahəsindəki ekoloji tənzimləmələrin Paris Sazişindəki hədəflərə uyğunlaşdırılmasının vacibliyini vurğulayan Sofi Laqutt bəyanatını bu sözlərlə tamamlayıb:

“Bütün bu mexanizmlər bizə tamamilə təkrar tətbiq edilə bilən, adaptasiya oluna bilən görünür və sosial, ekoloji, eləcə də iqtisadi tələbləri birləşdirmək ehtiyacına cavab verir. Dayanıqlı mənzil təminatının bütün məqsədlərini uzlaşdırmaq üçün bu yolları bizimlə müzakirə etmək istəyən nümayəndə heyətlərinin ixtiyarındayıq”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
184 dərmanın qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistandan balıq idxalını qadağan edir 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 Все новости