Dünyada bir milyarddan çox insanın başına gələnlər Bakıda açıqlandı

Dünyada bir milyarddan çox insanın başına gələnlər Bakıda açıqlandı
18.05.2026 13:25

“Gələcəyin bizə nə vəd etdiyini bilməyə bilərik, lakin insanların bu gün üzləşdiyi reallıqlardan xəbərdarıq. Bura iqlim böhranı, məcburi köçkünlük, münaqişələr və dağıntılar daxildir”.

TodayPress TV xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi açılış mərasimində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax deyib.

İcraçı direktor qlobal miqyasda yaşanan sosial-iqtisadi çətinliklərə və insanların təməl ehtiyaclardan məhrum olmasına diqqət çəkib:

“Bu qədər qlobal çağırışların fonunda dünyada bir milyarddan çox insan hələ də acınacaqlı şəraitdə yaşamağa davam edir. Onların təmiz su təchizatına, sanitariya xidmətlərinə, elektrik enerjisinə, layiqli iş yerlərinə və ya təhsilə əlçatanlığı yoxdur. Bu insanlar xəstəliklərin sürətlə yayıldığı, uşaqların isə ən çox əziyyət çəkdiyi qeyri-sağlam mühitin girovuna çevriliblər”.

Anaklaudia Rossbax şəhərlərdəki sürətli məskunlaşma prosesinin yaratdığı sosial problemləri və artan bərabərsizliyi xüsusi vurğulayıb:

“Bu gün elə bir dünyada yaşayırıq ki, insanların böyük əksəriyyəti tezliklə şəhərlərdə məskunlaşacaq. Lakin bu şəhərlər elə bir məkana çevrilir ki, orada gənclər, yaşlılar, miqrantlar və yeni gələnlər yaşayış xərclərini qarşılaya bilmirlər. Nəticədə daha çox insan küçələrdə qalmağa məcbur olur və qeyri-qanuni yaşayış məskənlərinə sığınır. Biz bu reallıqları dəyişdirmək üçün birgə fəaliyyət göstərməliyik”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Все новости