BMT rəsmisi: Mənzil ləyaqət və müdafiə deməkdir

BMT rəsmisi: Mənzil ləyaqət və müdafiə deməkdir
17.05.2026 14:36

“Qadınlar üçün adekvat mənzil sadəcə başlarının üstündə bir damın olması demək deyil. Bu, həm də təhlükəsizlik, ləyaqət və müdafiə məsələsidir”.

TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan Qadınlar Assambleyasında BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) Gürcüstan üzrə nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava deyib.

BMT rəsmisi çıxışında qlobal miqyasda həssas qrupdan olan qadınların, xüsusilə məcburi köçkünlərin, miqrantların və yoxsul məhəllələrdə yaşayanların mənzil təminatında qarşılaşdıqları kəsişən ayrı-seçkilik formalarına diqqət çəkib:

“Çoxşaxəli ayrı-seçkilik formaları ilə üzləşən qadınlar üçün diskriminativ qanunlar və siyasətlər təhlükəsiz, adekvat mənzilə çıxışı daha da məhdudlaşdıra bilər. Bu problem xüsusilə mənzil təminatına çıxışı gender bərabərsizliyi, miqrant əleyhinə əhval-ruhiyyə və ksenofobiya ilə formalaşan şəxslər üçün kəskin xarakter daşıyır”.

Şəhərlərin və icmaların dayanıqlı inkişafı üçün mənzil siyasətinə daha geniş aspektdən yanaşmağın vacibliyini vurğulayan Kaori İşikava bəyanatını bu sözlərlə tamamlayıb:

“Təhlükəsiz, dözümlü şəhərlər naminə dünyanı mənzillə təmin etmək bizdən mənzil mövzusuna sadəcə bir sığınacaq anlayışından daha geniş baxmağı və onun gender bərabərliyinin təmin olunmasına necə töhfə verdiyi barədə düşünməyi tələb edir”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistandan balıq idxalını qadağan edir 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 Все новости