Xankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirildi

Xankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirildi
20.09.2025 16:59 Mədəniyyət

Xankəndidə keçirilən Şəhər Günü çərçivəsində sentyabrın 20-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Uşaq İncəsənət Festivalı (UİF) qaliblərinin konsert proqramı təqdim olunub.

TodayPress TV xəbər verir ki, Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində əsası qoyulan festival ölkəmizin ən böyük sənət layihələrindəndir. 

Konsertdən öncə mədəniyyət nazirinin müavini Fərid Cəfərov və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları şəhər sakinləri Xankəndi şəhərinin mərkəzi meydanında Uşaq İncəsənət Festivalı üçün qurulmuş guşə ilə tanış olublar. Məkanda UİF iştirakçıları öz yaradıcılıqlarını nümayiş etdirmək imkanı qazanıblar. Ərazidə qurulmuş oyun zonasında zəka oyunları, interaktiv əyləncə küncləri və yaradıcı fəaliyyət sahələri xüsusilə uşaqların böyük marağına səbəb olub.

Sonra tamaşaçılar böyük səhnədə UİF qaliblərinin ifasında mahnı və rəqslərdən ibarət geniş konsert proqramını izləyiblər.

Bütün ifalar alqışlarla qarşılanıb. Bununla da uşaqlar şövqlü ifaları ilə Xankəndi Şəhəri Günü və Dövlət Suverenliyi Gününə öz sənət töhfələrini veriblər.

Qeyd edək ki, bu il ikinci dəfə gerçəkləşən Uşaq İncəsənət Festivalı dövlət başçısının həyata keçirdiyi milli mədəniyyət siyasətinə uyğun olaraq, milli dəyərlərimizin gənclərə aşılanması, ənənəvi sənət sahələrinin yaşadılması, eləcə də onların dövlətçiliyə, milli-mənəvi dəyərlərə bağlı yetişdirilməsinə xidmət edir. Festival həmçinin Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun ölkəmizdə mədəniyyətin inkişafı və gənc istedadların dəstəklənməsinə yönəlmiş fəaliyyətinin tərkib hissəsidir.

TodayPress TV

FOTOLAR

Xankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirildi — 1
Xankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirildi — 2
Xankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirildi — 3
Xankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirildi — 4
Xankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirildi — 5
Xankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirildi — 6
Xankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirildi — 7
Xankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirildi — 8
Xankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirildi — 9
XƏBƏR LENTİ
31 MAY 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 Bütün Xəbərlər