Poeziya bayramında "Üzeyir bəy deyərdi ki..." adlı tamaşa nümayiş olundu

Poeziya bayramında "Üzeyir bəy deyərdi ki..." adlı tamaşa nümayiş olundu
23.07.2025 16:43 Mədəniyyət

Şuşada davam edən Vaqif Poeziya Günləri gedişində iyulun 23-də Natəvanın evinin qarşısında "Üzeyir bəy deyərdi ki..." adlı tamaşa nümayiş olunub.

TodayPress TV xəbər verir ki, tamaşa dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, musiqişünas, publisist, dramaturq və pedaqoq, akademik Üzeyir Hacıbəylinin (1885-1948) 140 illik yubileyinə həsr edilib.

Nümayişdən öncə Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşı, teatrşünas Dağlar Yusif çıxış edərək mədəniyyət və müharibə məfhumları haqqında danışıb. Qeyd edib ki, Şuşa şəhəri mədəniyyətin, sənətin müharibə üzərində qələbə çaldığı məkandır.

Sonra tamaşa nümayiş olunub.

Quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, ssenari müəllifi şair-dramaturq İlqar Fəhmi olan səhnə əsərində Üzeyir bəyin müxtəlif felyetonlarından istifadə edilib.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı aktyorlarının ifasında təqdim edilən tamaşada dahi bəstəkarın əsərlərindən musiqi fraqmentləri də səsləndirilir.

Səhnə işində görkəmli şairlər Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir və Səməd Mənsurun bədii nümunələrinə yer verilib.

Poeziya bayramına toplaşan tamaşaçılar səhnə əsərini böyük maraq və alqışlarla qarşılayıblar.

FOTOLAR

Poeziya bayramında "Üzeyir bəy deyərdi ki..." adlı tamaşa nümayiş olundu — 1
Poeziya bayramında "Üzeyir bəy deyərdi ki..." adlı tamaşa nümayiş olundu — 2
Poeziya bayramında "Üzeyir bəy deyərdi ki..." adlı tamaşa nümayiş olundu — 3
Poeziya bayramında "Üzeyir bəy deyərdi ki..." adlı tamaşa nümayiş olundu — 4
Poeziya bayramında "Üzeyir bəy deyərdi ki..." adlı tamaşa nümayiş olundu — 5
Poeziya bayramında "Üzeyir bəy deyərdi ki..." adlı tamaşa nümayiş olundu — 6
Poeziya bayramında "Üzeyir bəy deyərdi ki..." adlı tamaşa nümayiş olundu — 7
Poeziya bayramında "Üzeyir bəy deyərdi ki..." adlı tamaşa nümayiş olundu — 8
Poeziya bayramında "Üzeyir bəy deyərdi ki..." adlı tamaşa nümayiş olundu — 9
XƏBƏR LENTİ
31 MAY 2026
Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 Bütün Xəbərlər