Oquldjaxan Atabayeva Bakı Kitab Mərkəzində oldu

Oquldjaxan Atabayeva Bakı Kitab Mərkəzində oldu
16.07.2025 17:23 Mədəniyyət

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 16-da Bakı Kitab Mərkəzində olublar.

TodayPress TV xəbər verir ki, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva qonağa mərkəz haqqında məlumat verib. 

Bildirilib ki, Bakı Kitab Mərkəzi 2018-ci ildən rəsmi olaraq fəaliyyət göstərir.

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yaradılmış Mərkəz kitab satışına yeni yanaşma gətirərək, Azərbaycan, rus, türk, ingilis və digər dillərdə müxtəlif janrlarda kitablar təqdim edir.

Sahəsi 2500 kvadratmetr olan Mərkəzin 1-ci və 2-ci mərtəbələrində Heydər Əliyev Fondunun nəşrləri nümayiş olunur. Birinci mərtəbədə, həmçinin "I Love Baku" brendinin, “Azərpoçt” MMC-nin məhsulları, Azərbaycan dilində və xarici dillərdə dünya bestsellerləri, klassik ədəbiyyat, qeyri-bədii əsərlər, incəsənət albomları, turist bələdçiləri, dəftərxana malları və hədiyyələr mövcuddur. Kitab satışına əlavə olaraq birinci mərtəbədə "Coffeemood" adlı kafe fəaliyyət göstərir.

Qeyd edilib ki, Mərkəzin ikinci mərtəbəsində oxu zalı, zəif görmə qabiliyyəti olan insanlar üçün xüsusi bölmə, uşaqlar üçün guşə, müxtəlif tədbirlərin keçirilməsi və elmi fəaliyyətlərlə məşğul olanlar üçün nəzərdə tutulmuş sahələr mövcuddur.

Bakı Kitab Mərkəzində kitabsevərlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün əlavə imkanlar da var. Burada mütəmadi olaraq müxtəlif kitab təqdimatları, mədəniyyət və incəsənət xadimləri ilə görüşlər, imza saatları, uşaqlar üçün “Oxu” saatları və yaradıcılıq dərnəkləri, beynəlxalq təşkilatlar, eləcə də xarici səfirliklərlə birgə təşkil olunan tədbirlər keçirilir. Müxtəlif yerlərdə quraşdırılmış monitorlarda yeni kitablar haqqında məlumatlar təqdim olunur. Sensor ekranlar vasitəsilə Mərkəzdə mövcud olan bütün kitablar haqqında məlumat əldə etmək mümkündür.

Sonda Bakı Kitab Mərkəzi adından qonağa xatirə hədiyyəsi təqdim olunub.

FOTOLAR

Oquldjaxan Atabayeva Bakı Kitab Mərkəzində oldu — 1
Oquldjaxan Atabayeva Bakı Kitab Mərkəzində oldu — 2
Oquldjaxan Atabayeva Bakı Kitab Mərkəzində oldu — 3
XƏBƏR LENTİ
31 MAY 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 Bütün Xəbərlər