Nazir Adil Kərimli beynəlxalq tədbirdə çıxış etdi

Nazir Adil Kərimli beynəlxalq tədbirdə çıxış etdi
29.09.2025 13:34 Mədəniyyət

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli UNESCO-nun MONDIACULT 2025 konfransı çərçivəsində keçirilən “Mədəniyyətə əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu”nun Üçüncü Yüksək Səviyyəli Nazirlər Dialoqunda çıxış edib.

TodayPress TV xəbər verir ki, nazir ev sahibliyinə görə İspaniyaya, təşəbbüsə dəstəyə görə Braziliya və BƏƏ-yə təşəkkürünü bildirib, COP28 və COP29-un nəticələrini xüsusi vurğulayıb.

O qeyd edib ki, Bakıda keçirilmiş COP29 mədəniyyətin iqlim fəaliyyətində rolunu gücləndirmək üçün mühüm addım olub və qəbul edilən Bakı Maliyyə Məqsədi qlobal iqlim maliyyələşməsində tarixi dönüş nöqtəsi sayılır.

Adil Kərimli Azərbaycanın təqdim etdiyi “Culture for Climate” (C4C) təşəbbüsünü xatırladaraq, sabah başlayacaq Bakı İqlim Həftəsində də mədəniyyətin iqlim dəyişikliyi ilə mübarizədə rolunun müzakirə ediləcəyini bildirib.

Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin elan etdiyi “Yaşıl Dünya naminə Həmrəylik İli”, azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonaları və Bakı Prosesi çərçivəsində keçirilən beynəlxalq forumlar Azərbaycanın dayanıqlı gələcəyə sadiqliyini göstərir.

Çıxışın sonunda o qeyd edib: “Mədəniyyət və ətraf mühit bir-birindən ayrılmazdır. Birgə səylərlə gələcək nəsillər üçün daha dayanıqlı dünya qura bilərik".

TodayPress TV

FOTOLAR

Nazir Adil Kərimli beynəlxalq tədbirdə çıxış etdi — 1
Nazir Adil Kərimli beynəlxalq tədbirdə çıxış etdi — 2
XƏBƏR LENTİ
31 MAY 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 Bütün Xəbərlər