Masallıda antik dövrə aid küp məzarı üzə çıxdı

Masallıda antik dövrə aid küp məzarı üzə çıxdı
23.09.2025 13:49 Mədəniyyət

Masallı rayonunun Eminli kəndi ərazisində xilasetmə tədbirləri nəticəsində antik dövrə aid küp məzarı tapılıb və tədqiq edilib.

Bu barədə TodayPress TV-yə AMEA Arxeologiya və Antroplogiya İnstitutundan məlumat verilib.

Bildirilib ki, institutun aparıcı elmi işçiləri, dosent Anar Ağalarzadə və Dmitriy Kiriçenkonun apardığı qazıntılar zamanı üzə çıxmış və şərti olaraq "3 №li küp məzarı" kimi qeyd edilmiş bu maraqlı dəfn abidəsi düzən sahədə 40 sm dərinlikdən tapılıb.

Maraqlı xüsusiyyət ondan ibarətdir ki, məzar bütünlüklə dəniz balıqqulağı ilə örtülmüş və hətta dəfn küpünün içərisi də balıqqulağının təsirindən ciddi zədələnib. Bunun da başlıca səbəbi dəfndən çox sonralar arealı Xəzər dənizinin qabarması nəticəsində su basmış və qəbirlər uzun müddət su altında qalıb.

Tədqiq olunan küp qəbir yanüstə, ağız hissəsi qərb istiqamətində basdırılıb. Dəfn qabının ağzının bir tərəfində keyfiyyətsiz gildən zəif hazırlanmış bir qulplu küpə qoyulub, lakin kəskin rütubətin təsirindən qeyd olunan qab dağılıb. Küpün kənarında bir kiçikhəcmli ağzı novçalı qab da qoyulub. Bu qab oynoxoya (və ya enoxoya) tipli, ağzı yuvarlaq şəkildə üç yerə şaxələnən təkqulplu dolçadır. Adının mənasından bilindiyi kimi, şərab saxlamaq üçün istifadə olunub. Dəfn prosesi zamanı küpün ağız tərəfində ocaq yandırılmışdır ki, bu da elmi ədəbiyyatda pis və şər ruhlardan təmizlənmək anlamına gəlməkdədir.

Küpün içərisində sıx bükülü şəkildə, sağ yanı üstə, üzü cənub-qərb istiqamətində insan dəfn edilib.

Antropoloq D.Kiriçenkonun fikrincə, küp qəbirdəki insan Qafqaz görünüşünə malik yetkin kişi skeletinin qalıqlarıdır. İnsanın dişlərində ciddi aşınma, həmçinin kariyes və diş daşları olub. Skeletin bud sümükləri yüksək fiziki fəaliyyətin göstəricisidir ki, bu da "atlı döyüşçü" kimi qiymətləndirilə bilər. Qəbirdən aşkar edilən dəmir cida ucluğu dolayısı ilə qeyd olunan fikirləri təsdiqləyir. Belə ki, dəfn olunan insan at sürən və nizə atan döyüşçü kimi, çox güman ki, süvarilərə mənsub olub.

Skeletin ətrafında üç balaca miniatür qab (yağ və ya ətriyyat qabı) və bir kasa tipli qab qoyulub. Qəbirdən aşkar edilmiş saxsı qablar həm yerli saxsı məmulatları, həm də Aralıq dənizi regionundan gətirildiyini güman etməyə imkan verir.

Küpün içərisindən çoxlu sayda müxtəlif tipli və ölçülü muncuqlar və skeletin qulağında bir cüt, üzərində qaynaqlama üsulunda üzüm təsviri formasında hazırlanmış qızıl sırğalar tapılıb.

Qeyd edilib ki, Eminli küp qəbrini Azərbaycanın cənub-şərqində qədim dövrə aid həm yerli istehsal, həm də xaricdən gətirilən dəyərli əşyaları özündə ehtiva edən hələlik yeganə zəngin dəfn abidəsi hesab etmək olar.

TodayPress TV

FOTOLAR

Masallıda antik dövrə aid küp məzarı üzə çıxdı — 1
Masallıda antik dövrə aid küp məzarı üzə çıxdı — 2
Masallıda antik dövrə aid küp məzarı üzə çıxdı — 3
Masallıda antik dövrə aid küp məzarı üzə çıxdı — 4
Masallıda antik dövrə aid küp məzarı üzə çıxdı — 5
Masallıda antik dövrə aid küp məzarı üzə çıxdı — 6
XƏBƏR LENTİ
31 MAY 2026
Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bütün Xəbərlər