Kitab sərgisinin son günləri: Müəlliflər və naşirlər fikirlərini bölüşür

Kitab sərgisinin son günləri: Müəlliflər və naşirlər fikirlərini bölüşür
06.10.2025 16:05 Mədəniyyət

Son bir həftədə ölkənin mədəni gündəmini təşkil edən məsələ XI Bakı Beynəlxalq Kitab Sərgisidir. 

Hər il keçirilən sərgi bu il də müxtəlif kitablar, ədəbi panellərlə yadda qaldı. 

Bəs müəlliflər, naşirlər sərgi ilə bağlı nə düşünür?

“Hər şey yüksək səviyyədədir”

Bu sözləri TodayPress TV – yə sərginin fəxri yazarı, şair, esseist, tərcüməçi Qismət Rüstəmov bildirib.


O, bu barədə deyib:

“Sərginin birinci günündə də dediyim kimi, təşkilatçılıq yüksək səviyyədədir. Artıq son günlərdir. Çox yaxşı haldır ki, bu ənənə hər il davam edir və davam etməsini də istəyərdik. Üstəlik, ildən-ilə hər məsələdə artım da müşahidə etmək olur. Məsələn, bu il stendlərin də sayı artıb, nəşriyyatların da. Bu da özlüyündə görülən işlərin keyfiyyətindən xəbər verir”. 

Park nəşriyyatının direktoru, yazıçı Vüqar Van da fikirlərini bölüşüb.


“Biz “Park nəşriyyatı” olaraq bu cür sərgiyə ilk dəfədir qatılırıq. Əlbəttə, nəşriyyatımız da yenidir. İlk günlər satış zəif olsa da, sona doğru, xüsusilə bazar günü oxucuların axını oldu. Yeni kitablarımızı təqdim etdik, panellərdə iştirakımız da baş tutdu”.

“Kosmo nəşriyyatı”nın təsisçisi İlkin Abdullayev isə həm də narazılığını da bildirib.

O, sərginin ilk günündə oxucuların bir qisminin gəlməkdə çətinlik çəkdiyini bildirib:

“Deyəsən, avtobusların hər il dayandığı ənənəvi yerlər dəyişmişdi. Daha dəqiq, Elmlər ərazisindən gələn oxucular çətinlik çəkdiklərini, buna səbəb olaraq isə avtobusların yerinin dəyişdiyini deyirdilər. Qalan hər şey yaxşıdır, ümid edirik, gələn il daha da yaxşı olacaq”.

Son olaraq isə sabiq fəxri yazar, şair Şəhriyar del Gerani də fikirlərini saytımıza bölüşüb.


“Həmkarım, əziz dostum Qismət Rüstəmovu, o cümlədən Rüstəm Behrudini təbrik edirəm. Əlavə olaraq, Mədəniyyət Nazirliyinə, şəxsən nazir Adil Kərimliyə belə gözəl təşkilatçılıq üçün təşəkkür edirəm. Allah necə haqdı?!”

Xatırladaq ki, XI Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları şair Rüstəm Behrudi və şair-esseist, tərcüməçi Qismət Rüstəmovdur. 

Orxan Saffari

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər