Eldar Mansurovun simfonik musiqisinə həsr olunmuş konsert keçirildi

Eldar Mansurovun simfonik musiqisinə həsr olunmuş konsert keçirildi
29.05.2025 11:00 Mədəniyyət

28 may 2025- ci il tarixində Azərbaycanın Müstəqillik Günü münasibəti ilə Romada, Auditorium Conciliazione konsert zalında Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyinin təşkilatçı dəstəyi ilə Xalq artisti, bəstəkar Eldar Mansurovun əsərlərindən ibarət simfonik konsert təşkil olunub.

TodayPress TV xəbər verir ki, konsert proqramında bəstəkarın 11 simfonik əsəri səsləndirilib.

Dirijor Fuad İbrahimovun rəhbərliyi ilə təqdim olunan musiqi əsərlərində milli motivlər klassik musiqi ilə birləşərək tamaşaçılara zəngin musiqi təcrübəsi yaşadıb.

Tədbirdə diplomatik nümayəndəliklərin üzvləri, musiqi xadimləri, İtaliyada yaşayan azərbaycanlılar və yerli tamaşaçılar olmaqla təxminən min nəfər iştirak edib.

Konsertin sonunda Eldar Mansurov səhnəyə çıxaraq dinləyicilərə və tədbir iştirakçılarına minnətdarlığını bildirib, həmçinin Müstəqillik Günü münasibəti ilə bütün soydaşlarımızı təbrik edib:

“Bu gün mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Musiqimlə Azərbaycanın müstəqilliyini Romada qeyd etmək həm məsuliyyətli, həm də qürurvericidir. Bu unudulmaz gecənin təşkilində əməyi keçən hər kəsə və bizi dinləməyə gələn tamaşaçılara minnətdarlığımı bildirirəm.”

Bu konsert Azərbaycan musiqisinin beynəlxalq arenada tanıdılması və Azərbaycan-İtaliya mədəni əlaqələrinin möhkəmlənməsi baxımından əlamətdar hadisə kimi yadda qalıb.

FOTOLAR

Eldar Mansurovun simfonik musiqisinə həsr olunmuş konsert keçirildi — 1
Eldar Mansurovun simfonik musiqisinə həsr olunmuş konsert keçirildi — 2
Eldar Mansurovun simfonik musiqisinə həsr olunmuş konsert keçirildi — 3
Eldar Mansurovun simfonik musiqisinə həsr olunmuş konsert keçirildi — 4
Eldar Mansurovun simfonik musiqisinə həsr olunmuş konsert keçirildi — 5
Eldar Mansurovun simfonik musiqisinə həsr olunmuş konsert keçirildi — 6
Eldar Mansurovun simfonik musiqisinə həsr olunmuş konsert keçirildi — 7
Eldar Mansurovun simfonik musiqisinə həsr olunmuş konsert keçirildi — 8
XƏBƏR LENTİ
31 MAY 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 Bütün Xəbərlər