Azərbaycan və Xorvatiyanın mədəniyyət və yaradıcı sənaye təmsilçilərinin işgüzar görüşü keçirildi

Azərbaycan və Xorvatiyanın mədəniyyət və yaradıcı sənaye təmsilçilərinin işgüzar görüşü keçirildi
25.06.2025 09:42 Mədəniyyət

İyunun 24-də Azərbaycan Respublikasının Xorvatiyadakı Səfirliyində Azərbaycan və Xorvatiyanın mədəniyyət və yaradıcı sənaye (MYS) təmsilçilərinin iştirakı ilə B2B (business-to-business) formatlı görüş keçirilib. Tədbir iki ölkə arasında yaradıcı sənaye ilə bağlı ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsinə və əməkdaşlığın genişləndirilməsinə yönəlib.

Bu barədə TodayPress TV-yə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Görüş çərçivəsində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə brifinq təşkil olunub. Nazir hərtərəfli münasibətlərin inkişafı üçün əsas kimi mədəni mübadilənin vacibliyini vurğulayaraq yaradıcı sənaye, incəsənət və iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfə verə biləcək digər mədəniyyət sahələrində birgə layihələr üçün böyük potensialın olduğunu qeyd edib.

İşgüzar görüşdə yaradıcı sənaye nümayəndələri əməkdaşlıq üçün konkret imkanları, o cümlədən investisiya layihələrini, ixrac-idxal əməliyyatlarını və birgə müəssisələrin yaradılmasını müzakirə ediblər. Bu cəhdlərin tərəfdaşlığın dərinləşməsinə kömək etdiyinə, həm Azərbaycanda, həm də Xorvatiyada iqtisadi artım üçün yeni perspektivlər açdığına əminlik ifadə olunub.

Azərbaycan səfirliyində keçirilən görüş ikitərəfli münasibətlərin inkişafında mühüm addım olaraq hər iki ölkənin biznes dairələri və dövlət qurumları arasında dialoqun genişlənməsinə qarşılıqlı marağı təsdiqləyib.

FOTOLAR

Azərbaycan və Xorvatiyanın mədəniyyət və yaradıcı sənaye təmsilçilərinin işgüzar görüşü keçirildi — 1
Azərbaycan və Xorvatiyanın mədəniyyət və yaradıcı sənaye təmsilçilərinin işgüzar görüşü keçirildi — 2
Azərbaycan və Xorvatiyanın mədəniyyət və yaradıcı sənaye təmsilçilərinin işgüzar görüşü keçirildi — 3
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər