Azərbaycan və Çin klassik əsərlərinin nəşrinə başlanıldı

Azərbaycan və Çin klassik əsərlərinin nəşrinə başlanıldı
19.06.2025 16:12 Mədəniyyət

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Çin Xalq Respublikasının Mətbuat və Nəşriyyat Milli Administrasiyası arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, iki ölkə arasında mədəni və ədəbi əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan və Çin klassiklərinin qarşılıqlı tərcüməsi və nəşrinə başlanılıb.

TodayPress TV xəbər verir ki, bu təşəbbüs çərçivəsində ilk addım 19 iyun tarixində Pekin Beynəlxalq Kitab Sərgisi çərçivəsində atılıb.

Şərqi Çin Universitet Nəşriyyatı ilə Azərbaycanın “Təhsil” nəşriyyatı arasında razılaşmaya əsasən, Çin-Azərbaycan Birgə Ekspert Komitəsi tərəfindən ilkin mərhələdə seçilmiş klassik əsərlərin hər iki dilə tərcüməsi və nəşri cari il ərzində həyata keçiriləcək.

Layihənin məqsədi iki xalqın ədəbi irsini qarşı tərəfin oxucusuna daha yaxından tanıtmaq, mədəniyyətlərarası anlaşma və ədəbi körpüləri möhkəmləndirməkdir. Nəşrə hazırlanan əsərlər həm Çin, həm də Azərbaycan ədəbiyyatının klassik nümunələrini əhatə edir və hər iki ölkədə nəşr olunaraq geniş oxucu auditoriyasına təqdim ediləcək.

Tərcümə və nəşr prosesi başa çatdıqdan sonra bu kitabların rəsmi təqdimat mərasimləri 2025-ci il oktyabrın 1-dən 7-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan və Çin nümayəndələrinin iştirakı ilə baş tutacaq.

FOTOLAR

Azərbaycan və Çin klassik əsərlərinin nəşrinə başlanıldı — 1
Azərbaycan və Çin klassik əsərlərinin nəşrinə başlanıldı — 2
Azərbaycan və Çin klassik əsərlərinin nəşrinə başlanıldı — 3
Azərbaycan və Çin klassik əsərlərinin nəşrinə başlanıldı — 4
XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 Bütün Xəbərlər