Azərbaycan Dövlət Kamera Orkestrinin Üzeyir Hacıbəyli soraqlı konserti

Azərbaycan Dövlət Kamera Orkestrinin Üzeyir Hacıbəyli soraqlı konserti
25.09.2025 13:04 Mədəniyyət

Sentyabrın 24-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin (bədii rəhbər və baş dirijor: Xalq artisti Fəxrəddin Kərimov, solist: Vüsalə Babayeva – piano) konserti keçirilib. 

TodayPress TV xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində gerçəkləşən konsert bu il anadan olmasının 140 illiyi dövlət səviyyəsində qeyd edilən dahi bəstəkarın “Arşın mal alan” operettasından uvertüranın səsləndirilməsi ilə başlanıb. 

Daha sonra orkestr Üzeyir bəyin “Arazbarı” zərbi muğamı, “Sevgili canan” romansı, həmçinin Tofiq Quliyevin “Qaytağı”, Vaqif Mustafazadənin “Mart”, Azər Rzayevin “Poema”, Alfred Şnitkenin “İntermezzo” (ilk ifa) və Viktor Herbertin “Serenada” əsərlərini ifa edib. 

Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. 

Gecədə səslənən bütün əsərlər Azərbaycan milli bəstəkarlıq məktəbinin banisi, görkəmli pedaqoq, publisist və dramaturq Üzeyir Hacıbəylinin mədəniyyətimizin inkişafında müstəsna xidmətləri qarşısında minnətdarlıq duyğusunun ifadəsi olub.

TodayPress TV

FOTOLAR

Azərbaycan Dövlət Kamera Orkestrinin Üzeyir Hacıbəyli soraqlı konserti — 1
Azərbaycan Dövlət Kamera Orkestrinin Üzeyir Hacıbəyli soraqlı konserti — 2
Azərbaycan Dövlət Kamera Orkestrinin Üzeyir Hacıbəyli soraqlı konserti — 3
Azərbaycan Dövlət Kamera Orkestrinin Üzeyir Hacıbəyli soraqlı konserti — 4
Azərbaycan Dövlət Kamera Orkestrinin Üzeyir Hacıbəyli soraqlı konserti — 5
XƏBƏR LENTİ
31 MAY 2026
CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Bütün Xəbərlər