“Rabitəbank” və Dövlət Məşğulluq Agentliyi arasında memorandum imzalandı

“Rabitəbank” və Dövlət Məşğulluq Agentliyi arasında memorandum imzalandı
18.07.2025 17:19 Maliyyə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə “Rabitəbank” ASC arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumun əsas məqsədi işsiz və işaxtaran şəxslərin peşəyönümünün və peşə hazırlığının təşkili, onların işlə təmin olunmasına dəstək göstərilməsi və sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün əlavə iş yerlərinin yaradılmasıdır.

TodayPress TV xəbər verir ki, sənədin imzalanması mərasimində Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov çıxış edərək Dövlət Məşğulluq Agentliyinin fəaliyyətini yüksək qiymətləndirib və bankın əmək yarmarkalarında, özünəməşğulluq proqramında, eləcə də digər sosial layihələrdə aktiv iştirakını vurğulayıb.

Sədr bildirib ki, imzalanan memorandum dövlət və özəl sektor arasında tərəfdaşlığın inkişafına mühüm töhfə verəcək.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev isə çıxışında işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin olunmasında işəgötürənlərlə əməkdaşlığın əhəmiyyətini qeyd edib və Rabitəbankın Agentliyin fəal sosial tərəfdaşlarından biri olduğunu vurğulayıb.

Memorandum çərçivəsində həmçinin innovativ layihələrin, sosial təşviqedici tədbir və forumların təşkili planlaşdırılır. Bu əməkdaşlıq həm işsiz şəxslərin peşə hazırlığının keyfiyyətinin artırılmasına, həm də işəgötürənlərə işçi qüvvəsinin təminatına yönəlib.

Qeyd edək ki, Rabitəbank ilə Dövlət Məşğulluq Agentliyi arasında imzalanan bu memorandum, maliyyə sektoru ilə məşğulluq orqanı arasında reallaşan ilk əməkdaşlıqdır. Bu sənəd həm peşəkar innovasiya körpüsünü yaradaraq, həm də əmək bazarında yeni üfüqlər açaraq ölkəmizdə əməkdaşlığın yeni çağının başlanğıcı kimi yadda qalacaq.

XƏBƏR LENTİ
31 MAY 2026
"Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Bütün Xəbərlər