ADB Azərbaycana layihələrin icrasını təkmilləşdirməkdə kömək edəcək

ADB Azərbaycana layihələrin icrasını təkmilləşdirməkdə kömək edəcək
01.08.2025 18:03 Maliyyə

Asiya İnkişaf Bankı (ADB) "Mərkəzi və Qərbi Asiyada layihələrin hazırlığının artırılması və layihə idarəçiliyinin gücləndirilməsi" layihəsi çərçivəsində yeni regional texniki yardım üçün 1 milyon ABŞ dolları ayırmağı planlaşdırır.

TodayPress TV ADB-yə istinadən xəbər verir ki, layihə regionun doqquz ölkəsini - Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatə edir və ADB tərəfindən maliyyələşdirilən layihələrin satınalma, hazırlanma və həyata keçirilməsi sahəsində institusional potensialın artırılmasına yönəlib.

Bankın məlumatına görə, texniki yardım layihələrin hazırlanması və tətbiqinin əsas mərhələlərində dəstək məqsədilə icraçı orqanlara və onu həyata keçirən agentliklərə göstəriləcək. Xüsusi diqqət satınalma sahəsində bacarıqların inkişafına, o cümlədən tender ilə bağlı sənədlərinin hazırlanması, təkliflərin qiymətləndirilməsi və hesabatların hazırlanmasına yönəldiləcək. Bununla yanaşı, müqavilələrin idarə edilməsi və şikayətlərin həlli mexanizmlərinin gücləndirilməsinə, xarici məsləhətçilərdən asılılıq əvəzinə daxili potensialın yaradılmasına diqqət yetiriləcək.

ADB-nin məlumatında qeyd edilib ki, regionda layihələrin həyata keçirilməsinin səmərəliliyi artıq müsbət dinamika nümayiş etdirir. Belə ki, satınalma prosedurlarının həyata keçirilməsi üçün tələb olunan müddət 2022-ci ildəki 370 gündən 2023-cü ildə 261 günə, 2024-cü ildə isə 181 günə qədər azalıb. Bununla belə, inkişaf nəticələrinin əldə olunmasını ləngidən problemlərin aradan qaldırılması üçün institusional potensialın daha da gücləndirilməsinə ehtiyac qalmaqdadır.

ADB layihə hazırlığında iki əsas göstəriciyə diqqət yetirir - layihə hazırlığı (təsdiqləmədən əvvəl ilkin və ya ətraflı layihə-smeta sənədlərinin mövcudluğu) və satınalmalara hazırlıq (həyata keçirilmə prosesinə başlamazdan əvvəl əsas müqavilələr üzrə dərc edilmiş tender sənədlərinin mövcudluğu).

Texniki yardım, həmçinin layihə hazırlığının erkən mərhələlərində filtrasiya mexanizmlərinin tətbiqinə, satınalma proseslərində təhlükəsizlik standartlarına riayət edilməsində dəstəyə, təcrübə mübadiləsinə və bir sıra digər məsələlərə yönəlib.

Layihə ADB-nin regional əməkdaşlıq və ictimai rifahın təmin edilməsi sahəsindəki prioritetlərinə uyğundur. O, mürəkkəb infrastruktur və sosial-iqtisadi layihələri həyata keçirə bilən dayanıqlı və səmərəli institutların formalaşdırılmasına, həmçinin ən yaxşı təcrübələrin iştirakçı ölkələrin xüsusiyyətlərinə uyğunlaşdırılmasına yönəlib.

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər