"Xiaomi" humanoid robotu sınaqdan keçirdi

"Xiaomi" humanoid robotu sınaqdan keçirdi
03.03.2026 19:15 Экономика

"Xiaomi" elektromobil istehsalı zavodunda humanoid robotun tətbiqinə başladığını elan edib.

TodayPress TV xəbər verir ki, robot tökmə sexində yivli qaykaların quraşdırılması stansiyasında üç saat ərzində avtonom rejimdə uğurla fəaliyyət göstərib.

Şirkətin açıqlamasına əsasən, əməliyyatların icra səviyyəsi 90,2 faiz təşkil edib, istehsal dövrü isə 76 saniyə olub. Robot bərkidici elementləri dəqiq tutmaq, düzgün mövqeləndirmək və detalların inteqrə olunmuş tökməsindən sonra onları avtomatik şəkildə sıxmaq kimi tapşırıqları yerinə yetirib.

Robotun idarə olunması üçün şirkətin özünün hazırladığı “Xiaomi-Robotics-0” adlı VLA modeli istifadə edilib. Modelin 4,7 milyard parametrə malik olduğu və möhkəmləndirici öyrənmə texnologiyası əsasında işlədiyi bildirilib.

Şirkət qeyd edib ki, bu addım avtomobil istehsalında humanoid robotların genişmiqyaslı tətbiqinə doğru ilk mərhələdir və gələcəkdə onların digər yığım sahələrində də istifadəsi planlaşdırılır.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
İsrail döyüş təyyarələri yenidən Nəbatiyyəni hədəfə aldı - VİDEO 19:52 "İrandakı rejim parçalanmış vəziyyətdədir" - Rubio 19:38 Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər 19:42 Sahibə Qafarova Serbiyada gender bərabərliyinin təmin edilməsinin vacibliyindən danışdı 19:27 Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi 19:19 Bakı Dünya Kubokuna hazırlaşır: Su İdmanı Sarayında müvəqqəti dəyişikliklər 19:09 Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik etdi 19:02 Rusiya və Tanzaniya liderləri bir araya gəlir 18:53 AGF-də mühüm qərarlar: Komitəyə yeni üzvlər seçildi 18:21 Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı 18:37 İsrail və Livan yenidən danışıqlar masasına oturdu 18:29 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 18:17 Muxtar Babayev IUCN-nin baş direktoru ilə görüşdü 18:08 Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu 17:54 İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər 17:51 Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Все новости