Sənaye istehsalı 2 % azaldı

Sənaye istehsalı 2 % azaldı
10.07.2025 13:50 İqtisadiyyat

Bu ilin I yarısında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 31,2 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 % az sənaye məhsulu istehsal edib.

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 3,1 % azalıb, qeyri neft-qaz sektorunda isə 6,3 % artıb.

Sənaye məhsulunun 61,8 % mədənçıxarma sektorunda, 31,6 %-i emal sektorunda, 5,6 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,3 % azalıb, əmtəəlik qaz hasilatı isə 1,1 % artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 95,2 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 89,8 %, toxuculuq sənayesi məhsullarının istehsalı 29,7 %, qida məhsullarının istehsalı 12 %, kimya sənayesi məhsullarının istehsalı 11,7 %, tütün məmulatlarının istehsalı 6,7 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 4,4 %, maşın və avadanlıqların istehsalı 3,5 %, içkilərin istehsalı 2,4 % artıb, elektrik avadanlıqlarının istehsalı 0,7 %, neft məhsullarının istehsalı 1,2 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 1,3 %, mebel istehsalı 3,1 %, hazır metal məmulatlarının istehsalı 3,6 %, tikinti materiallarının istehsalı 5,9 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 9,5 %, metallurgiya sənayesi məhsullarının istehsalı 12,4 %, kompüter, elektron və optik məhsulların istehsalı 15,7 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 17,8 %, kağız və karton istehsalı 23,2 %, poliqrafiya məhsullarının istehsalı 27,1 %, geyim istehsalı isə 41,7 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,2 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,8 % artıb.

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər