KOBİA-nın təşkilatçılığı ilə Neftçala sahibkarları ilə görüş keçirildi

KOBİA-nın təşkilatçılığı ilə Neftçala sahibkarları ilə görüş keçirildi
08.07.2025 16:05 İqtisadiyyat

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlarla növbəti görüş Neftçala rayonunda keçirilib.

TodayPress TV KOBİA-ya istinadən xəbər verir ki, Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunmuş görüşdə kənd təsərrüfatı, sənaye, balıqçılıq, pambıqçılıq sahələrində fəaliyyət göstərən 100-ə yaxın sahibkar, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rayonun iqtisadi potensialı və mövcud imkanların reallaşdırılması üçün dövlətin dəstək alətləri barədə ətraflı məlumat veriblər.

Bildirilib ki, Neftçala təbii resursları, sənaye potensialı və kənd təsərrüfatı imkanları ilə istehsal, emal və ixraca yönəlik fəaliyyət üçün əlverişli imkanlar təklif edən rayondur. Burada müxtəlif güzəştlər təklif edən Neftçala Sənaye Məhəlləsinin imkanlarından istifadə etməklə istehsalın qurulması, müasir texnologiyaların tətbiqi ilə yüksək məhsuldarlığa nail olmaq, balıqçılıq və dəniz məhsulları üzrə yerli brendlər yaradaraq ixracyönlü fəaliyyət üçün imkanlar genişdir. Neftçalada kənd təsərrüfatı məhsullarının yerində emalı əlavə dəyər yaratmaq üçün geniş potensiala malikdir.

Diqqətə çatdırılıb ki, dövlətin təqdim etdiyi dəstək mexanizmləri barədə məlumatlı olmaqla sahibkarlar rayondakı biznes imkanlarını daha sürətli və səmərəli reallaşdıra bilərlər. Biznes sahəsindəki yeniliklər, dövlət dəstəyi alətləri barədə məlumatlandırma, əlaqələndirmə və məsləhət xidməti üçün sahibkarlar KOBİA-nın bölgədə fəaliyyət göstərən KOB dostu ofislərinə müraciət edə bilərlər.

Tədbir çərçivəsində sahibkarların torpaq təyinatının dəyişdirilməsi, balıqçılıq təsərrüfatının genişləndirilməsi, biznes fəaliyyətinin maliyyələşdirilməsi və digər məsələlərlə bağlı fikir, təklif və ehtiyacları dinlənilib, müvafiq məsələlər ətrafında müzakirələr aparılıb, sualları cavablandırılıb.

FOTOLAR

KOBİA-nın təşkilatçılığı ilə Neftçala sahibkarları ilə görüş keçirildi — 1
KOBİA-nın təşkilatçılığı ilə Neftçala sahibkarları ilə görüş keçirildi — 2
KOBİA-nın təşkilatçılığı ilə Neftçala sahibkarları ilə görüş keçirildi — 3
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər