“Bank BTB” ilin II rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

“Bank BTB” ilin II rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
14.07.2025 11:09 İqtisadiyyat

"Bank BTB”-nin ilin II rübü üzrə maliyyə göstəriciləri açıqlanıb, müsbət dinamika davam etməkdədir.

TodayPress TV xəbər verir ki, bankın əməliyyat mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.5% artaraq 2.6 mln manata çatıb.

Bankın xalis faiz gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11.3% artaraq 6.6 milyon manat, qeyri-faiz gəlirləri 29.7% artaraq 3.3 milyon manat təşkil edib.

Bankın 6 ay üzrə xalis mənfəəti isə 1.1 milyon manatı ötüb. Hesabat dövrü ərzində gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişiklikləri nəzərə alaraq 2.8 milyon manat xərc yaranıb.

2025-ci ilin II rüb ərzində "Bank BTB” ASC 3 milyon manat məbləğində kapital artımını uğurla həyata keçirib. 7 il tədavül müddətinə malik olan istiqrazların emissiyası subordinasiya borc öhdəliyi kimi tanınaraq, "Bank BTB” ASC-nin II dərəcəli kapitalının artırmasına və maliyyə dayanıqlığının daha da güclənməsinə xitab edib.

Bank İpoteka kreditləri üzrə mövqeyini qoruyur və aparıcı banklardan biri olaraq 2025 –ci ilin 6 ayı ərzində 7.0 milyon manat məbləğində 68 vətəndaşa Adi və Güzəştli ipoteka krediti rəsmiləşdirilmişdir. MİDA tərəfindən layihə üzrə hər – hansı bir satış olmadığı üçün bank tərəfindən bu məhsul üzrə rəsmiləşdirmə olmayıb.

2025-ci ilin II rübünün sonuna Bankın məcmu kapitalı 52.3 milyon manat təşkil edib, bu da Mərkəzi Bankın minimum tələbindən (50 milyon manat) yüksəkdir. Məcmu kapitalın adekvatlıq göstəricisi 22 % təşkil etməklə, Mərkəzi Bankın minimum tələbini (10%) əhəmiyyətli dərəcədə üstələyir.

Bankın ani likvidlik əmsalı isə 185% təşkil edir, bu da Mərkəzi Bankın minimum tələbindən 6 dəfə artıqdır (Mərkəzi Bankın minimum tələbi - 30%).

Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.

Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 4400946 WhatsApp nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.

XƏBƏR LENTİ
31 MAY 2026
Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 Bütün Xəbərlər