Bakıda AQEM-in Biznes Şurasının 8-ci Plenar İclası öz işinə başladı

Bakıda AQEM-in Biznes Şurasının 8-ci Plenar İclası öz işinə başladı
20.05.2025 10:38 İqtisadiyyat

Bakıda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin təşkilatçılığı ilə AQEM-in Biznes Şurasının 8-ci Plenar İclası keçirilir.     

TodayPress TV xəbər verir ki, hibrid formatda təşkil olunan tədbirdə AQEM-ə üzv dövlətlərdən rəsmi şəxslər iştirak edir.   

Tədbirin məqsədi AQEM-ə üzv dövlətlər arasında sahibkarlıq sahəsində əməkdaşlığı gücləndirmək, xüsusilə kiçik və orta biznesin (KOB) dəstəklənməsi, sərhədlərarası tərəfdaşlıqların qurulması, habelə regionda dayanıqlı, innovativ və inklüziv iqtisadi artımın təşviqinə yönəlmiş təşəbbüsləri irəliyə aparmaqdır.   

AQEM-in Biznes Şurasının Plenar İclasında KOB-ların inkişafını təşviq edən əsas məsələlər – KOB-ların rəqəmsallaşdırılması, sənaye əməkdaşlığı, qadın sahibkarlığı, “ağıllı şəhər” təşəbbüsləri və yaşıl transformasiya kimi mövzular üzrə müzakirələr aparılacaq.   

İclasda AQEM-in Baş katibi, səfir Kayrat Sarıbay, AQEM-in Biznes Şurasının sədri və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edəcək.   

Sonra AQEM-ə üzv dövlətlərin sənaye və ticarət palatalarının, investisiyaların təşviqi agentliklərinin, sahibkarlıqla bağlı təşkilatlarının nümayəndələri tərəfindən təqdimatlar keçiriləcək.   

İclasda həmçinin AQEM çərçivəsində qarşıdakı dövrdə həyata keçiriləcək tədbirlər və təşəbbüslərə, eləcə də AQEM-in Biznes Şurasının 2026-cı ildə keçiriləcək 9-cu Plenar İclasına dair fikir mübadiləsi aparılacaq. 

Qeyd edək ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Nazirlər Şurasının qərarına əsasən 2024-2026-cı illərdə Müşavirəyə Azərbaycan sədrlik edir.

Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində bu təşkilatın Biznes Şurasına sədrlik KOBİA tərəfindən həyata keçirilir.

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər