Azərbaycandan Rumıniyaya ixrac olunan neftin həcmi açıqlandı

Azərbaycandan Rumıniyaya ixrac olunan neftin həcmi açıqlandı
19.04.2026 04:44 İqtisadiyyat

Cari ilin yanvar-mart aylarında Azərbaycandan Rumıniyaya 178,6 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 372 min ton xam neft və neft məhsulları ixrac olunub.

Bu barədə TodayPress TV Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, 2025-ci ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə bu dəyər ifadəsində 46,2 milyon dollar və ya 20,5 faiz, həcm baxımından isə 31,9 min ton və ya 7,9 faiz azdır.

Ötən ilin yanvar-mart aylarında Azərbaycandan Rumıniyaya 224,8 milyon dollar dəyərində bitumlu süxurlardan əldə edilmiş 403,9 min ton neft və neft məhsulları ixrac olunmuşdu.

Hesabat dövründə Rumıniya Azərbaycandan neft idxal edən ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, yanvar–mart aylarında Azərbaycandan dünyanın digər ölkələrinə 2,501 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 5,077 milyon ton xam neft və neft məhsulları ixrac edilib.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 836 milyon ABŞ dolları və ya 25,1% , fiziki həcm ifadəsində isə 934 min ton və ya 15,5% azdır.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Все новости