Azərbaycanda stolüstü kompüterlərin sayı azaldı

Azərbaycanda stolüstü kompüterlərin sayı azaldı
06.09.2025 10:14 İqtisadiyyat

2024-cü ildə Azərbaycandakı ev təsərrüfatlarında 1 milyon 787 min 463 ədəd kompüter olub.

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Belə ki, bu, 2023-cü ilin göstəricisindən 25 min 854 ədəd və ya 1,5 % çoxdur.

Hesabat dövründə stolüstü kompüterlərin sayı 2,4 % azalaraq 345 min 674 ədəd, portativ kompüterlərin sayı 1,1 % artaraq 830 min 808 ədəd və planşet və ya digər oxşar avadanlıqların sayı 4,2 % artaraq 610 min 981 ədəd təşkil edib.

Ötən il ev təsərrüfatları üzrə hər 1 000 nəfərə 174,9 kompüter (bir il əvvəllə nisbətən 1,1 % çox) düşüb, o cümlədən 33,8 stolüstü kompüter (2,9 % az), 81,3 portativ kompüterlər (1 % çox) və 59,8 planşet və ya digər oxşar avadanlıq (3,8 % çox) düşüb.

Kompüterdən istifadə edənlərin 43,2 %-i (2,7 faiz bəndi az) 36-64 yaş qrupunda, 27,5 %-i (0,1 faiz bəndi az) 24 yaşadək, 26,4 %-i (2,2 faiz bəndi çox) 25-35 yaş qrupunda, 2,9 %-i (0,6 faiz bəndi çox) 64 yaşdan yuxarı olan şəxslərdir.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 Bütün Xəbərlər