Azərbaycan BƏƏ ilə Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi imzalayacaq

Azərbaycan BƏƏ ilə Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi imzalayacaq
25.06.2025 11:58 İqtisadiyyat

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi imzalanacaq.

TodayPress TV xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "CNN Business Arabic"ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, artıq saziş üzrə danışıqlar tamamlanıb: “Bu sazişi imzalamaq üçün münasib vaxt gözləyirik. Bu razılaşma ticarətin artmasına və qarşılıqlı investisiya axınına müsbət təsir göstərəcək. Saziş hər iki ölkənin qanunvericilik orqanları tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minəcək. Ümid edirəm ki, sənəd 2025-ci ilin sonuna və ya 2026-cı ilin əvvəlinə artıq qüvvədə olacaq”.

M.Cabbarov əlavə edib ki, Azərbaycan BƏƏ arasında qarşılıqlı imkanların mövcud olduğu bir neçə layihə müəyyən edilib: “Mövcud layihələr üzrə əməkdaşlığı genişləndirməyi və yeni birgə layihələrə başlamağı hədəfləyirik. Bu layihələrdən bəziləri artıq 2028-ci ildə öz bəhrəsini verəcək. Misal üçün, Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Abşeron” qaz yatağında hasilatı qeyd edim. 2028-ci ilin sonunadək orada hasilat illik 5 milyard kubmetrə çatacaq. Bununla bağlı çox optimist yanaşırıq. Tərəfdaşlıq üçün geniş imkanlar olan sektorlara gəldikdə, ticarət, nəqliyyat və logistika, süni intellekt, Data mərkəzləri, daşınmaz əmlak, maliyyə, rəqəmsal bankçılıq istiqamətləri üzrə layihələri həyata keçirmək üçün real imkanlar var".

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər