AYİB Transxəzər dəhlizinə dəstək üçün 45 mln. avro ayırır

AYİB Transxəzər dəhlizinə dəstək üçün 45 mln. avro ayırır
03.10.2025 09:39 İqtisadiyyat

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB ) Transxəzər dəhlizinə dəstək üçün 45 milyon avro vəsait ayırır.

TodayPress TV bu barədə AYİB-ə istinadən xəbər verir. Məlumata görə, 35 milyon avro həcmində kredit Qazaxıstanın Xəzər dənizində yerləşən əsas dəniz qapısı – Aktau limanının infrastrukturunun yenilənməsinə dəstək məqsədilə ayırılıb. Layihə, həmçinin Avropa İttifaqının Asiya-Sakit Okean İnvestisiya Mexanizmi çərçivəsində 10 milyon avroya qədər qrantla maliyyələşdiriləcək.

Qeyd edilib ki, maliyyə vəsaiti limanın iki körpüsünün genişləndirilməsinə və hava şəraitinə davamlı kranların alınmasına yönəldiləcək. Bu tədbirlər nəticəsində limanın konteyner daşımaları üzrə ötürücülük qabiliyyəti iki dəfə artırılacaq, hər konteynerin yüklənmə-boşaldılma vaxtı isə hazırkı 4 dəqiqədən 2,5 dəqiqəyədək azalacaq.

Bildirilib ki, Aktau limanı AYİB-in rəhbərliyi və Aİ tərəfindən maliyyələşdirilən tədqiqatda Avropa ilə Mərkəzi Asiya arasında davamlı nəqliyyat əlaqələrinin əsas elementlərindən biri – Transxəzər Dəhlizinin mühüm həlqəsi kimi müəyyən edilib.

Layihə Aktau limanının 2026-cı ilin sonunadək Xəzər regionunun ən böyük konteyner terminalını inkişaf etdirmək proqramına daxildir. Terminalın illik 3,4 mln. ton ekvivalentli konteyner emal edəcəyi proqnozlaşdırılır. Liman Qazaxıstanın “Samruk-Kazyna” dövlət rifah fondu tərəfindən idarə olunur və Qazaxıstan Dəmir Yolları tərəfindən istismar edilir.

Xatırladaq ki, ümumilikdə AYİB Qazaxıstanda 340 layihə üzrə 10 milyard avrodan çox investisiya yatırıb ki, bunun böyük hissəsi özəl sahibkarlığın dəstəklənməsinə yönəlib.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər