Yeniyetmə cüdoçularımızın Dyor uğuru
Macarıstanda Avropa Cüdo Ümidləri Turniri keçirilib.
TodayPress TV xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan yarışdan cüdoçularımızın qazancı 1 qızıl və 3 bürünc medal olub.
Dyor turnirinin baş mükafatını komandamıza U-15 yaş kateqoriyasında yarışan Aqşin Bayramov (60 kq) qazandırıb.
Səttar Qədirov (42 kq), Fərhad Quliyev (60 kq) və U-13 yaş kateqoriyasında yarışan Fəxrim Məhərrəmov (42 kq) isə Avropa Cüdo Ümidləri Turnirinin bürünc medallarına sahib çıxıblar.
Namiq HUN