Vinqeqor əfsanəvi rekordla bütün diqqətləri üzərinə çəkdi!
Danimarkalı velosipedçi Yonas Vinqeqor kişi velosiped idmanı tarixində bütün “Qrand Tur” yarışlarında mərhələ qələbəsi qazanan 115-ci idmançı olub.
TodayPress TV xəbər verir ki, Yonas Vinqeqor “Vuelta” yarışında beş, “Tour de France”da isə dörd mərhələ qələbəsi əldə edib.
O, “Giro d’Italia”nın yeddinci mərhələsində yerləşən Blokhaus yüksəlişində (13,6 km, orta maililik 8,4%) rekord nəticəyə imza atıb. Yonas məsafəni 39 dəqiqə 15 saniyəyə qət edib.
Bununla da Vinqeqor 2017-ci ildə həmin marşrutu 39 dəqiqə 54 saniyəyə tamamlayan kolumbiyalı velosipedçi Nayro Kintananın rekordunu yeniləyib.
Qeyd edək ki, Blokhaus yüksəlişində daha əvvəl Feliks Qall, Cey Hindli, Culio Pellitsari və Ben O'Connor da Kintananın nəticəsini geridə qoymağı bacarmışdı.
Namiq HUN