"Roma"nın forvardı “Beşiktaş”la anlaşdı

"Roma"nın forvardı “Beşiktaş”la anlaşdı
30.06.2025 11:50 İdman

İngiltərəli hücumçu Temmi Abraham İstanbulun “Beşiktaş” klubu ilə şəxsi razılıq əldə edib. 

TodayPress TV xəbər verir ki, bu barədə məşhur transfer insayderi Fabritsio Romano sosial şəbəkə “X”də məlumat yayıb.

Bildirilir ki, “Roma” ilə transfer məbləği təxminən 20 milyon avro səviyyəsində razılaşdırılıb. Abraham artıq “Beşiktaş”ın təklifini qəbul edib və yaxın vaxtlarda Türkiyəyə yola düşəcək. Hazırda klublar sənədləşmə işlərini yekunlaşdırır.

Daha əvvəl jurnalist Nikolo Skira Temmi Abrahamın “Zenit”dən aldığı təklifi rədd etdiyini bildirib. Futbolçu beş əsas Avropa liqasından birində çıxış etməyə üstünlük verir.

Qeyd edək ki, 26 yaşlı futbolçu 2021-ci ildən “Roma”nın formasını geyinir. Son mövsümdə o, icarə əsasında “Milan”da çıxış edib. 45 oyunda meydana çıxan Abraham 10 qol vurub və 7 məhsuldar ötürmə edib.

Namiq HUN

XƏBƏR LENTİ
31 MAY 2026
Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 Bütün Xəbərlər