“Real” Kurtua ilə anlaşdı

“Real” Kurtua ilə anlaşdı
21.08.2025 09:00 İdman

Madridin “Real” klubu qapıçı Tibo Kurtua ilə yeni müqavilə barədə razılığa gəlib. 

TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Saşa Tavolyeri sosial şəbəkə “X”də məlumat yayıb.

Bildirilir ki, tərəflər şifahi olaraq iki illik müqavilə barəsində razılaşıblar. Hazırkı müqavilənin müddəti isə 2026-cı ilin yayına qədərdir.

Daha əvvəl İspaniya nəhənginin “PSJ” qapıçısı Canluici Donnarummaya maraq göstərdiyi iddia olunurdu. Həmçinin bildirilir ki, Donnarummanın əsas namizədi “Mançester Siti” klubudur.

Qeyd edək ki, Kurtua 2018-ci ilin yayından “Real”ın heyətində çıxış edir. 33 yaşlı belçikalı futbolçu bütün turnirlərdə 289 oyuna çıxıb, 282 qol buraxıb və 114 görüşdə qapısını toxunulmaz saxlayıb. 

Transfermarkt portalında futbolçunun bazar dəyəri 20 milyon avro qiymətləndirilir. 

Namiq HUN

XƏBƏR LENTİ
02 IYUN 2026
Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bütün Xəbərlər